Azərbaycan HHQ-yə tədarük ediləcək JF-17-nin MiQ-21 və Su-30 üzərində qələbəsi – O hələ Blok I idi (ANALİZ)

Azərbaycan HHQ-yə tədarük ediləcək JF-17-nin MiQ-21 və Su-30 üzərində qələbəsi – O hələ Blok I idi (ANALİZ)

Xatırladırıq ki, Kəşmir Hindistan və Pakistan arasında müsəlmanların əksəriyyət təşkil etdiyi mübahisəli bir ərazidir və bütün silahlı münaqişələr bu və ya digər şəkildə vilayətlə əlaqələndirilir. Kəşmirdə, əsasən müsəlmanların yaşamasına baxmayaraq, Hindistan daim bu əraziləri ələ keçirməyə çalışır. Pakistan bu əraziləri azad etmək üçün bir neçə dəfə cəhd göstərib. Hazırda Cammu və Kəşmirin 60% -i Hindistanın, 30% -i Pakistanın, 10%-i isə Çinin nəzarətindədir. Kəşmir bölgəsinin statusu sərhədlər barədə rəsmi sazişlərdə öz əksini tapmayıb.

Hindistan, endirdiyi zərbələrin həmin ərazilərdə yerləşən “terror qruplaşmaları”na qarşı yönəldiyini əsas gətirsə də, Pakistan bu ittihamları qəbul etməyərək adekvat cavab vermək hüququnu özündə saxladığını bəyan etdi. Fevralın 27-də, saat 10:30 radələrində Pakistan HHQ-yə məxsus qırıcının sərhədləri pozan Hindistana məxsus iki qırıcının məhv etməsi, regionda onsuz da gərgin olan vəziyyətlə bərabər ikitərfli münasibətləri də ciddi şəkildə gərginləşdirdi.

Pakistan rəsmiləri, Hindistanın hava hücumuna cavab olaraq, Hərbi Hava Qüvvələrinin fevralın 27-də Kəşmir üzərində reyd keçirməsini, qarşılıq vermək üçün havaya qalxan Hindistan HHQ-nin modernləşdirilən MiQ-21bis UPG (Bizon) döyüş təyyarəsinin pakistanlı pilotun idarə etdiyi qırıcı tərəfindən vurulduğunu bildirdilər.

Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinin rəhbəri general-mayor Asif Qafur bu barədə rəsmi açıqlama verərək, Hindistan aviasiyasının iki ölkəni ayıran sərhədi pozduğunu, Pakistan aviasiyasının ölkənin hava məkanını pozan iki hind təyyarəsini vurduğunu, təyyarələrdən birinin Azad Kəşmir ərazisinə, digərinin isə ümumi nəzarət məntəqəsi rayonuna düşdüyünü rəsmi olaraq təsdiqlədi.

Hindistanın əsir düşən iki pilotundan biri yaralı olduğu üçün saxlanılır, digəri isə (Abhinandan Varthaman) martın 1-də azad edilib.

İndi isə hadisələrin xronologiyasına nəzər salaq. Hindistan mənbələrinə görə, hadisə fevralın 27-də yerli vaxtla saat 10:00 radələrindən sonra baş verib. Pakistan Hava Qüvvələrinin F-16, JF-17 "Thunder" Block I və "Mirage 5" qırıcılarından ibarət eskadrilyası Hindistanın öncəki gün Kəşmirin Pakistanın nəzarətində olan bölgələrini bombalanmasına cavab olaraq, Kalalah bölgəsində sərhəd xətti boyunca uçuşlar keçirməklə Bhimber-Gali yaxınlığındakı Hindistan Ordusunun briqada qərargahını və Narianadaki sursat anbarını vura biləcəklərini nümayiş etdirmək məqsədilə, 6 ədəd 900 kq bombanı boş əraziyə atdı. Bombaların mülki insanlar arasında itkilərə səbəb olmaması üçün pilotlar bomba partlayıcılarını da aktivləşdirmədilər. Bu zərbə bir gün əvvəl Hindistan qırıcıları tərəfindən Balakot və Mansəhra bölgəsinə endirilən 6 ədəd 900 kq-lıq "Rafael SPICE 2000" qeyri-dəqiq bomba zərbələrinə adekvat və layiqli cavab idi.

Siyasət xəbərləri

Yüzlərlə gənc könüllülər sıralarına qatılır

26-04-2019 11:46 - Teleqraf.com - Siyasət

 
 
 Ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış “Təbiəti könüllü qoruyaq” adlı könüllülər proqramının ali məktəblərdə təqdimatı keçirilib.

 

Teleqraf.com xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasında, İqtisad, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində, Bakı Ali Neft Məktəbində keçirilən təqdimatlarda ETSN-nin nümayəndələri tələbələrə ekokönüllü proqramının məqsədi, iştirak qaydaları, imkanları və gənclərin bu cür layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

 

Bildirilib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində aparılan təbliğat və maarifləndirmə işlərində yaxından iştirak edəcək, proqram çərçivəsində Nazirliyin mütəxəssisləri tərəfindən onlara əmək vərdişləri aşılayan təlimlər keçiriləcək və nəzəri-praktik biliklərin qazanılması üçün geniş şərait yaradılacaq.

 

Seçilənlərə xüsusi sertifikatlar veriləcək və onlar ehtiyat kadrlar siyahısına alınaraq gələcəkdə ETSN-də kadr heyətinin formalaşdırılmasında iştirak edəcəklər.
Ordu.az digər xəbərlər