“Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyi layihənin icrasını davam etdirir

“Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyi layihənin icrasını davam etdirir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan “Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyi “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və prespektivləri” adlı layihənin icrasını davam etdirir.

Ötən həftə ərzində də layihə üzrə işlər davam etdirilib. Şuşanın iqtisadi, sosial, demoqrafik göstəriciləri haqqında toplanmış arxiv materialları araşdırılmış, bölmələr üzrə sistemləşdirilmişdir. Nəşr olunacaq kitabın müəyyən edilmiş strukturuna dəyişikliklər və əlavələr edilmişdir, fəsillər və paraqraflar yenidən nəzərdən keçirilmişdir. Fəsillər daxilində fotoşəkillərin yerləşdirilməsi müzakirə edilmişdir.

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

Layihə çərçivəsində ekspertlərin Şuşa şəhərinə səfəri planlaşdırılıb. Onlar Şuşada kənd təsərrüfatı istehsalının dinamikası, şəhər əhalisinin ərzaq məhsulları ilə təmin edilməsi, ekoloji təmiz məhsul istehsalının təşkili imkanlarını araşdıracaqlar.

Layihənin sonrakı icrasını müzakirə etmək üçün iştirakçılar öz mülahizələrini bölüşdülər və görəcəyi işlər barədə tapşırıqların icrasını davam etdirirlər. Layihənin gedişatı təşkilatın orqanı olan “İqtisadiyyat” qəzetində və digər qəzetlərdə və saytlarda mütəmadi olaraq dərc edilir.

Açar sözlər
Azərbaycan Iqtisadçılar Ittifaqı , Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi , Şuşa
Siyasət xəbərləri
Marja.az digər xəbərlər