Azərbaycan kinosunun "Nazik"i Məleykə Şahmərdanova vəfat edib

Azərbaycan kinosunun "Nazik"i Məleykə Şahmərdanova vəfat edib

Azərbaycanın tanınmış aktrisası, "Ulduz", "Onu bağışlamaq olarmı" , "Var olun, qızlar" filmlərindən tamaşaçıların yaddaşında olan Məleykə Şahmərdanova (Ağazadə) iki gün əvvəl dünyasını dəyişib.

Open.az xəbər verir ki, 90 yaşlı aktrisa Bakıda dəfn olunub.

Məleykə Şahmərdanova Ağazadə 1929-cu il sentyabrın 3-də Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxuyub. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb. 1972-ci ilə qədər filmlərə çəkilib.

Məleykə Şahmərdanova Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır. Onun bu filmdə oynadığı fraqmentlər və söylədiyi ifadələr indiyə qədər sevilir.

Allah rəhmət eləsin!

Qeyd edək ki, xəbəri ilk "news24.az" saytı yayıb.

Mədəniyyət xəbərləri
Open.az digər xəbərlər