Azərbaycan komandası Avropa çempionatını 4-cü yerdə başa vurub

Azərbaycan komandası Avropa çempionatını 4-cü yerdə başa vurub

Praqada start götürən cüdo üzrə Avropa çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan komandası qitə çempionatını 4-cü yerdə başa vurub. Belə ki, 14 cüdoçu ilə yarışa qatılan komandamız, ümumilikdə, 5 – 1 qızıl, 1 gümüş, 3 bürünc medal əldə edib. Qızıl medalı yığmamızın aktivinə Orxan Səfərov (66 kq) yazdırıb. Yığmamızın digər üzvü İrina Kindzerska (78 kiloqramdan yuxarı) isə yalnız finalda məğlub olaraq gümüş medal alıb. Bürünc medalları Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) qazanıblar. Murad Fətiyev (81 kq) və Elmar Qasımov (100 kq) isə 7-ci yeri tutublar.

Avropa çempionatında 40 ölkədən 355 cüdoçu iştirak edib.

Ümumi komanda hesabında Fransa yığması 8 medalla birinci yeri qazanıb. Rusiya 7 medalla ikinci, Gürcüstan 6 medalla üçüncü yeri tutublar.

Açar sözlər
Rüstəm Orucov , Elmar Qasımov , Orxan Səfərov , Məmmədəli Mehdiyev , Azərbaycan , Gürcüstan , Fransa , Rusiya , Praqa
İdman xəbərləri
Azertag.az digər xəbərlər