Azərbaycan kubokunda YARIMFİNALIN cavab oyunları - Vaxt açıqlandı

Futbol üzrə Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab görüşlərinin oyun cədvəli müəyyənləşib. ONA-nın məlumatına görə, hər iki görüş eyni gündə baş tutacaq. Mayın 1-də keçiriləcək matçlar Bakıda keçiriləcək və “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. Azərbaycan kuboku Yarımfinal, cavab oyunları 1 may (çərşənbə) “Qarabağ” – “Qəbələ” Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00 “Zirə” – “Sumqayıt” Zirə İdman Kompleksinin stadionu, 20:00