Azərbaycan Milli Qəhrəmanı Rizvan Teymurovun doğum günüdür

Azərbaycan Milli Qəhrəmanı Rizvan Teymurovun doğum günüdür
Ordu.az-ın verdiyi məlumata görə, Azərbaycan Milli Qəhrəmanı Rizvan Teymurov 1967-ci il aprelin 16-da Şuşanın Quşçular kəndində ziyalı ailəsində anadan olub. O, 1984-cü ildə doğma kəndində orta məktəbi bitirdikdən sonra 1985-ci ildə ordu sıralarına çağırılıb. Əsgəri xidmətini Rusiyanın Omsk şəhərində başa vurduqdan sonra 1987-ci ildə Vətənə dönüb. 1990-cı ildə Şuşa rayon Daxili İşlər Şöbəsinin nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsi yaradılanda tərəddüd etmədən bu dəstəyə daxil olub. Qorxu bilməz, cəsur döyüşçülərdən ibarət olan bu dəstə Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndində ermənilərin zərərsizləşdirilməsində və tərksilah edilməsində qəhrəmanlıq nümunəsi göstərib. Əməliyyatların birində ilk dəfə ağır yaralanması onu odlu-alovlu cəbhədən uzaqlaşdıra bilməyib.

1991-ci il dekabrın 10-da Rizvan Teymurov öz silahdaşları ilə birgə, Xankəndi yaxınlığında, azğın erməni təxribatının qarşısını alıblar. Elə bu vaxt xain ermənilər, Rizvanı və silahdaşlarını gözlənilmədən atəşə tutub. Dekabrn 10-da Xankəndi-Kərkicahan ətrafında gedən qanlı döyüşdə qəhrəmancasına şəhid olan Rizvan Teymurov Şuşa rayon Quşçular kənd qəbiristanlığında dəfn olunub. Göstərdiyi qəhrəmanlıq və rəşadətə görə, Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rizvan Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

1992-ci il fevralın 11-də ermənilər Rizvanın doğma kəndini də işğal edib.

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər
Çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimləri keçirilib - FOTOLAR

Çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimləri keçirilib - FOTOLAR

26-04-2019 15:26 - Ordu.az - Siyasət
Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, Ordumuzun formalaşmasında və güclənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun siyasi xəttinin layiqli davamçısı ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdikləri işlərdən söz açıb.

Bakının Qaradağ rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək Vətəni qorumaq kimi müqəddəs borcun yerinə yetirilməsində çağırışçılara dəyanətli, əzmkar olmalarını, hərbi xidməti şərəflə bitirmələrini arzulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi rəisinin müavini, polkovnik-leytenant Rizvan Sadıqov mərasimdə çıxış edərək, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdırıb.

Yolasalma mərasimlərində ictimaiyyətin nümayəndələri, ziyalılar, valideynlər, müharibə veteranları gənclərə hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi tövsiyə ediblər.

Hərbi xidmətə yola düşən gənclər adından çıxış edənlər Vətən və xalqımız qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi naminə hər an hazır olacaqlarını söyləyiblər.

Sonda çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək ordu sıralarına yola düşüblər.

Həqiqi hərbi xidmətə çağırış respublikamızın bütün bölgələrində davam edir.