Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 24-də 76,71 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,23 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 73,33 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,7 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,74 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel çoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Azərbaycan Xəbərləri Class , Bakı Xəbərləri Class , Türkiyə Xəbərləri Class , Türkiyə , Azərbaycan , Bakı , Italiya , Novorossiysk , Date
İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər