Azərbaycan Ordusunda silah və hərbi texnika yay istismar rejiminə keçirilir

Azərbaycan Ordusunda silah və hərbi texnika yay istismar rejiminə keçirilir

2019-cu ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır.

Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materiallarının dəyişdirilməsi, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilməsi həyata keçirilir.

Qeyd edək ki, silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı istismarı hərbi hissələrin döyüş qabiliyyətinin artırılmasına, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılmasına xidmət edir.

Siyasət xəbərləri
Virtualaz.org digər xəbərlər