Azərbaycan Ordusunun geniş miqyaslı təlimləri başlayıb - VİDEO (FOTOLAR)

Azərbaycan Ordusunun geniş miqyaslı təlimləri başlayıb - VİDEO (FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə geniş miqyaslı təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən

Ordu.az-a verilən məlumata görə, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

İyulun 6-dək davam edəcək təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.

Siyasət xəbərləri
Haqlı-haqsız, haqsız-haqlı olanda...

Haqlı-haqsız, haqsız-haqlı olanda...

26-04-2019 20:03 - Paralel.az - Siyasət
Bu barədə üç ilə yaxındır ki, qanunamüvafiq tədbirlərin görülməsi üçün ayrı-ayrı tarixlərdə, həm poçt, həm də rəsmi internet saytı və elektron poçtu vasitəsi ilə ədliyyə naziri cənab Fikrət Məmmədovun, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə, əmlak məsələləri dövlət komitəsinin sədri cənab Kərəm Həsənovun, baş prokuror cənab Zakir Qaralovun, eləcə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adına danılmaz rəsmi faktlarla yazıb göndərdiyim mindən artıq ərizə, məktub və şikayət teleqramlarımı Ədliyyə Nazirliyində, Bələdiyyələrlə İş Mərkəzində, Əmlak Məsələləri Dövlət Komitəsində, Baş Prokurorluqda və Prezident Administrasiyasında kimlər tərəfindənsə, kimin və nəyin xatirinəsə, rəhbərlikdən gizlədilərək, obyektiv baxılmadan, ötür-ötürə salınaraq, onların cinayət xarakterli saxtakar əməllərinin üstü açıq şəkildə ört-basdır edilərək, bütün haqlı şikayətlərim bu günə kimi də nəticəsiz, tədbirsiz, cavabsız qalıb. Hörmətli Prezident! Sizin adınıza göndərdiyim şikayət ərizələrimdə göstərdiyim və ərizələrimə əlavə etdiyim faktların, şəxsən öz nəzarətiniz altında hərtərəfli araşdırılaraq, Siyəzən bələdiyyəsinin sədri Azər Babayevin, ƏMDK-si yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru cənab Mohuma Heraçiyevin 21 oktyabr 2016-cı il tarixli,160 820 201 868 nömrəli, mənə göndərdiyi cavab məktubunda öz təsdiqini tapan, saxtakar və cinayət xarakterli hərəkətləri barədə, həmçinin həmin cavab məktubundakı məlumatlarla vətəndaş Müslüm Səlimovun ƏMDK-si yanında, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən saxta yolla əldə etdiyi, 21 avqust 2008-ci il tarixli, MH seriyalı 0008590 nömrəli çıxarışda göstərilən məlumatların təşkil etdiyi ziddiyyətli xüsusatların obyektiv araşdırılaraq, onların barəsində, qanunamüvafiq, ciddi tədbirlərin görülməsini bir daha sizdən xahiş edirəm! Hörmətli baş Redaktor! Xahiş edirəm şikayətimi qəzetinizdə ictimailəşdirəsiniz ki, bu saxtakarları hamı tanısın.
Ordu.az digər xəbərlər