Azərbaycan "Peugeot"ları MDB-yə satacaq - Qiymət 17,5 - 19,5 min AZN

Azərbaycan "Peugeot"ları MDB-yə satacaq - Qiymət 17,5 - 19,5 min AZN

"Azərmaş" ASC-nin Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda "Khazar" adı altında istehsal olunan "Peugeot" markalı avtomobillər artıq bir sıra dövlət və özəl qurumlara təhvil verilib.


Anews.az bildirir ki, bunu Trend-ə "Azərmaş" şirkətinin mətbuat xidmətinin rəhbəri Günay Namidar deyib.


Onun sözlərinə görə, hazırda ASC-də "Peugeot"nun bir markası istehsal olunur:


"Zavod mart ayından seriya istehsalata start verib. Öncədən sifariş olunan "Peugeot 407" markalı avtomobillər bir çox dövlət və özəl qurumlara təhvil verilib. Həmin avtomobillərin qiyməti isə 17,5 - 19,5 min manat arası dəyişir".


G.Namidar bildirib ki, istehsal olunan "Peugeot"lar ilkin mərhələdə yerli bazara ixrac olunur:


"Hazırda istehsal olunan avtomobillər yerli bazar üçün nəzərdə tutulub. Müəyyən vaxtdan və xaricdə satışı üçün lisenziya əldə edildikdən sonra həmin avtomobillər MDB ölkələrinə də ixrac olunacaq. İlkin olaraq isə Azərbaycan "Peugeot"ları Ukrayna bazarına göndəriləcək".


Qeyd edək ki, "Azərmaş" Açıq Səhmdar Cəmiyyətinin və "İran Khodro" şirkətinin birgə yaratdığı "Khazar" Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsində ən iri müəssisədir. 2018-ci il martın 29-da açılan zavodun səhmlərinin 75 faizi "Azərmaş" ASC-yə, 25 faizi isə "İran Khodro" şirkətinə məxsusdur. Ümumi dəyəri 15 milyon dollar olan zavodun tikintisinə Azərbaycan dövləti tərəfindən xüsusi dəstək göstərilib, müxtəlif vergi güzəştləri tətbiq edilib.

www.anews.az

loading...

İqtisadiyyat xəbərləri
Anews.az digər xəbərlər
BP və tərəfdaşları strateji idarəetmə üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirir

BP və tərəfdaşları strateji idarəetmə üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirir

25-04-2019 15:03 - Anews.az - İqtisadiyyat
*Azərbaycanda adaptiv liderlik bacarıqlarının və təcrübələrinin formalaşdırılması*Dyuk Universitetinin Fuqua Biznes Məktəbinə aid sertifikatlı proqramın yerli universitetə gətirilməsi*Yerli təşkilatlarda çevik və adaptiv biznes idarəetmə bacarıqlarının yaradılmasına yardımBP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – "SOCAR”, "TPAO”, "PETRONAS”, "Chevron”, "LUKOIL”, "NİCO”, "Equinor”, "INPEX”, "ExxonMobil”, "SGC”, "ITOCHU”, "ONGC”, "TOTAL”, "Eni” – bu gün Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsini dəstəkləyən yeni sosial sərmayə layihəsinin başlanmasını elan etdilər. Proqram məhz bu sahədə ölkədə potensialın yaradılmasına yardım edəcək və biz ölkədə bu potensialın yaradılması məqsədilə iki aparıcı universiteti - ADA Universitetini və Dyuk Universitetini bir araya gətirməkdən məmnunluq duyuruq.”ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə dedi: "ADA Universiteti olaraq biz BP və tərəfdaşları ilə olan bu tərəfdaşlıqdan çox məmnunuq və inanırıq ki, bu tərəfdaşlıq şirkət rəhbərlərini cəlb etmək, onlara bazarda mühüm olan yeni səriştələr aşılamaq üçün bizim İxtisasartırma Təhsil proqramımıza yeni vasitələr təmin edəcək və Azərbaycanda potensialın yaradılması üzrə keçirilən proqramlarda universitetimizin aparıcı rolunu daha da möhkəmələndirəcək.”Layihənin dəyəri 882 000 dollardan çoxdur və layihə müddəti iki ildir.