Azərbaycan Prezidentinə qlobal miqyasda növbəti böyük etimad

Azərbaycan Prezidentinə qlobal miqyasda növbəti böyük etimad

Azərbaycan Prezidenti İlham Əliyev "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində mühüm görüşlər keçirib

Çin Xalq Respublikasında "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev forum çərçivəsində mühüm görüşlər keçirdi. Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yanla görüşü zamanı dövlət başçımız ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafında müsbət dinamikanın olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycanın Çin dövləti başçısının təşəbbüskarı olduğu "Bir kəmər, bir yol" layihəsinə mühüm əhəmiyyət verdiyini, bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən olduğunu qeyd edib. Bildirib ki, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradılmasına xüsusi önəm verilir. Prezident İlham Əliyev "Bir kəmər, bir yol" Beynəlxalq Forumuna dəvətə görə təşəkkür etdi, bunu Azərbaycana olan hörmətin və dostluğun nümunəsi kimi qiymətləndirib. Dövlət başçısı bu səfərinin Azərbaycanla Çin arasında əməkdaşlığın inkişafına ciddi təkan verəcəyini bildirib.
Van Yan Azərbaycan Prezidentinin Çinə səfərinin ikitərəfli əlaqələrə töhfə verdiyini bildirib: "Bir kəmər, bir yol" layihəsinin hərtərəfli əməkdaşlığı ehtiva edən geniş ictimai platforma olduğunu deyən Van Yan Azərbaycanın və Çinin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini vurğulayıb. Qeyd edib ki, ölkələrimiz birgə səylərlə siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməlidir.

Azərbaycan Prezidentinə qlobal miqyasda növbəti böyük etimad

Dünyanın ən güclü fövqəldövlətlərindən olan Çinin lideri Azərbaycan Prezidentini dostu adlandıraraq, Onun dəstəyini yüksək qiymətləndirib və daha uğurlu gələcəyə birgə imza atacaqlarını bəyan edib.
Ən mühüm nüans isə odur ki, dövlət başçımız "Bir kəmər, bir yol" layihəsinin əsas dəstəkçilərindən biri olmaqla kifayətlənmədiyini, bu təşəbbüsün həyata keçirilməsində də əsas siyasi-iqtisadi istinadlardan olacağını bildirdi və bu rəy beynəlxalq səviyyədə olduqca mühüm müdafiə kimi dəyərləndirildi.
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev son 16 illik Prezidentlik fəaliyyəti dövründə xarici rəsmi səfərləri zamanı keçirdiyi rəsmi görüşlərdə Ona yüksək etimadın olduğunun şahidi olmuşuq. Bu etimad isə, dövlət başçısı İlham Əliyev diplomatiyasının düşünülmüş və proqmatik xarici siyasətinin rellığıdır. Bu etimad növbəti dəfə Çin Xalq Respublikasından gəldi. Azərbaycan dövləti hər bir dost ölkəyə böyük önəm verir, eyni ilə Çin Xalq Respublikasına. Eyni ilə Çinin də daim Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməsi, Dağlıq Qarabağ probleminin yalnız sərhədlərin dəyişməzliyi prinsipi ilə həllini mümkün sayması Azərbaycan üçün çox vacib və əhəmiyyətlidir. Və belə bir siyasi, iqtisadi güclə dost olmaq Azərbaycan üçün də, şübhəsiz, böyük dəyərdir.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə artır

Bu gün Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza malikdir və etibarlı bir tərəfdaşdır. Azərbaycanın apardığı siyasət mehriban qonşuluğa, maraqlara qarşılıqlı sürətdə hörmət edilməsinə əsaslanır. Ona görə də Azərbaycanın beynəlxalq nüfuzu getdikcə daha da artır və ölkəmiz etibarlı bir tərəfdaşa çevrilib. Bu gün Azərbaycan beynəlxalq rəqabətqabiliyətlik reytinqində irəliləyib, qeyri-neft sektorunun inkişafında böyük uğurlar əldə edib. Eyni zamanda, Azərbaycan bu gün çox etibarlı bir nəqliyyat dəhlizinə çevrilib. İqtisadiyyatla yanaşı, Azərbaycanın ayrı-ayrı sahələr üzrə uğurları diqqəti cəlb edir. İnsan kapitalının gücləndirilməsi, sosial obyektlərin tikintisinə və yeni iş yerlərinin yaradılmasına böyük diqqət ayrılır. Eyni zamanda, Azərbaycan milli maraqlarını beynəlxalq hüquq çərçivəsində yüksək səviyyədə müdafiə edir Bu, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir. Artıq Ermənistanın hədə-qorxu ilə danışmaq siyasəti iflasa uğrayıb.
Bir sözlə, Azərbaycanın reallığa əsaslanan xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə yerini və rolunu daha da möhkəmləndirib. Belə ki, son 16 il ərzində Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuz, getdikcə güclənən mövqeləri,dünya birliyi tərəfindən böyük dəstək,malik olduğu müsbət reputasiya da bunu təsdiq edir. Və son 16 il ərzində bu istiqamətdə qazanılan uğurlar da bunu aydın göstərir.

RƏFİQƏ KAMALQIZI

loading...

Siyasət xəbərləri
Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

26-04-2019 15:25 - Ordu.az - Siyasət

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı və Birinci Dünya müharibəsində Osmanlı ordusunda vuruşan azərbaycanlılar” mövzusu ilə bağlı Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində və Genelkurmay Askeri Tarix və Strateji Etüd Arxivində apardığımız uzunmüddətli tədqiqatların yekunlarına görə, Birinci Dünya müharibəsi illərində könüllü olaraq Osmanlı ordusuna qatılan və Antantaya qarşı vuruşan, şəhid düşən və ya qazi olan azərbaycanlıları amallarına görə iki qrupa bölə bilərik:


1) Bütün İslam dünyasının xəlifəsi olan Osmanlı sultanının cihad çağırışına müsbət yanaşıb sidqi-ürəklə cihada qatılanlar;
2) Antanta ölkələrinin işğalı altında olan vətənlərini müstəmləkə rejimindən azad etmək üçün Osmanlı dövlətindən yardım uman və ona güvənən aydınlar.

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı” problemini öyrənmək üçün Başbakanlıq Osmanlı Arxivində olan bütün Çanaqqala dosyaları (təxminən 1200 portfel), ATASE arxivində Çanaqqala döyüşləri və bütövlükdə Birinci Dünya müharibəsi ilə bağlı bütün kataloqlar, Milli Savunma Bakanlığı Arxivinin 330.000 şəhidin adının yer aldığı “Şəhid Təsbit Projesi” tamamilə, 1914-cü ildən bəri bu günə qədər Türkiyədə nəşr olunan bütün qəzet və jurnallar, eyni zamanda 1914-cü ildən indiyə qədər Çanaqqala və bötövlükdə Birinci Dünya müharibəsi ilə bağlı türk dilində dərc olunan bütün elmi nəşriyyat tərəfimizdən araşdırıldı.
Sia.az digər xəbərlər