Azərbaycan qızıl istehsalını kəskin azaldıb

Azərbaycan qızıl istehsalını kəskin azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 915,9 kq qızıl istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 38,1% azdır.

Dövlət Statistika Komitəsindən ONA-ya verilən xəbərə görə, hesabat dövründə ölkədə 1 108,1 kq gümüş istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 5 dəfə artıb.

Metal filizlərinin hasilatı:

Məhsul növləri 2019-cu ilin yanvar-mart aylarında istehsal edilmişdir Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %
Mis filizləri və konsentratları, ton 511,8 2 dəfə
Qiymətli metal filizləri və konsentratları, kq 2 024 119
o cümlədən:

qızıl

915,9 61,9
gümüş 1 108,1 5 dəfə
Siyasət xəbərləri
Azpolitika.info digər xəbərlər