Azərbaycan Qran-prisində ilk qəza baş verdi

Azərbaycan Qran-prisində ilk qəza baş verdi

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib. 

Birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell uğruszuluqla üzləşib. Onun bolidi asfaltla sərt təmas edib və arxa tərəfi qopub. Drenaj lükünün onun maşının alt hissəsini zədələdiyi təxmin edilir. Qəza nəticəsində 21 yaşlı sürücü yarışı dayandırıb. Onun bolidi trasdan evakuasiya olunub. 

Qeyd edək ki, Rassell dünən özünü yaxşı hiss etmədiyi üçün mətbuat konfransına qatılmayıb.

Report

Yenisabah.az
İdman xəbərləri
Yenisabah.az digər xəbərlər