Azərbaycan Qran-prisinin keçirildiyi trekdəki problem aradan qaldırıldı


Azərbaycan Qran-prisinin keçirildiyi trekdəki problem aradan qaldırıldı

“Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisinin keçirildiyi trekdəki problem aradan qaldırılıb.

Trekdə olan 300-dən çox "lyuk"un təkrar yoxlanılması prosesi başa çatıb. Bundan sonra “Formula-2” yarışında sıralama turuna start verilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) isə "Formula-1" üzrə birinci sərbəst yürüş sessiyası zamanı baş vermiş insidentlə əlaqədar press-reliz yayıb. Rəsmi açıqlamada bildirilir ki, sərbəst yürüş "lyuk" qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub.

"Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq sözügedən hadisənin yaranmasına əsas səbəb "lyuk" altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birgə həmin "lyuk"un təhlükəsiz şəkildə əvəz olunması və trekdə olan bütün digər "lyuk"lərin növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyirik. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox "lyuk"un təkrar yoxlanılması prosesi aparılıb".

Cebhe.info


Oxunma sayı: 113