Azərbaycan Respublikası Burundi qaçqınlarına humanitar yardım etdi

Azərbaycan Respublikası Burundi qaçqınlarına  humanitar yardım etdi

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) üzv dövlətlərə etdiyi müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikası Burundi qaçqınlarına humanitar yardımın göstərilməsi məqsədilə 30 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırmışdır. Sözügedən vəsait Tanzaniya, Konqo Demokratik Respublikası, RuandaUqandada məskunlaşmış Burundi qaçqınlarının təcili humanitar tələbatının qarşılanması, onların öz ölkələrinə qayıdışının təşviq edilməsi və cəmiyyətə reinteqrasiya olunması kimi fəaliyyətlərin dəstəklənməsinə yönəldiləcəkdir.

Metbuat.az xəbər verir ki, BMTQAK “2019-2020-cu illər üzrə Burundi Qaçqınlarına Regional Yardım Planı”nı təqdim edərək nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi üçün 296,4 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitinin tələb

olunduğunu açıqlamış, Burundi qaçqınlarının qida, tibbi yardım, uşaqların təhsil və sair kimi təcili humanitar tələbatının qarşılanması məqsədilə üzv dövlətlərə müraciət etmişdir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Bmt , Azərbaycan Xəbərləri Class , Abş , Azərbaycan Respublikası , Konqo , Tanzaniya , Uqanda , Konqo Demokratik Respublikası , Burundi , Ruan
Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər
Antimilli ünsürlərin  “falabaxma kampaniyası”

Antimilli ünsürlərin “falabaxma kampaniyası”

22-04-2019 11:50 - Metbuat.az - Siyasət
Millət vəkili qeyd edib ki, məsələyə bu kontekstdə yanaşdıqda 3 hadisənin eyni vaxtda və paralel olaraq baş verməsi diqqətdən yayınmır: “a) Azərbaycan müxalifətinin radikal kəsiminin sözügedən saziş əleyhinə dinləmələr keçirməsi və bu prosesdə Azərbaycan iqtidarı əleyhinə böhtan və şər kampaniyasına rəvac verməsi; b) Ermənistanda da oxşar müzakirələrin təşkil olunması və Avropa İttifaqına daxil olan ölkələrə öz lobbiləri vasitəsilə təsir edib, imzalanma prosesinin qarşısının alınması istiqamətində cəhdlər göstərməsi; c) Hər zaman Azərbaycan əleyhinə qərəzli mövqeyi ilə tanınan “Sərhədsiz Repartiyorlar Təşkilatı”nın 2018-ci il üçün “ Dünyada mətbuat azadlığı indeksi”ndə ölkəmizi işğalçı və öz əhalisinin gülləbəran edildiyi Ermənistandan belə xeyli aşağıda təqdim etməsi. Avropa Parlamentinin 2018-ci il dekabrın 12-də qəbul etdiyi, məruzəçiləri Xarici Məsələlər Komitəsinin sədri D. Makalister və Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi F.Moqerini olan “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasətinə dair” qətnamə tərəfdaşlırın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyini təsdiq edir, bütün dondurulmuş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həll edilməsi, bu ölkələrin vətəndaşları-məcburi köçkünlər və qaçqınlara yardımların göstərilməsinin vacibliyini vurğulayır.