Azərbaycan şəhərində Azərbaycan və Türkiyə bayraqları erməni havası altında yandırıldı... –FOTOLAR

Azərbaycan şəhərində Azərbaycan və Türkiyə bayraqları erməni
havası altında yandırıldı... –FOTOLAR

Biz hələ gözləyək, Qarabağ həsrəti çəkənlər ATƏT-in havası altında dərddən yanıb kül olsunlar...

Ötən gecə 28-ci ildir ki, işğal altında qalan Xankəndi şəhərimizdə sülənən separatçı-terrorçu ermənilər Türkiyə və Azərbaycan dövlətləri əleyhinə kütləvi aksiya keçiriblər.

Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, “ənənəvi məşəl yürüşü” adlanan tədbiri “Daşnaksütyun” partiyasının yerli gənclər şöbəsi təşkil edib. Azərbaycan şəhərində yeni tikilmiş baş erməni kilsəsindən başlanan yürüş zamanı Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirilib. Erməni dığa və axçilər əllərində qondarma "soyqırımı"nı tanımış dövlətlərin bayraqlarını daşıyıblar. Dünya birliyindən, qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasını, həmçinin, Türkiyə dövlətindən buna görə təzminat ödəməsini tələb edən separatçı, işğalçı, terrorçu əqidəli aksiya iştirakçıları Xankəndinin mərkəzi meydanında erməni milli(?) musiqisinin sədaları altında Türkiyə və Azərbaycan bayraqlarına od vurublar...

P.S. Biz hələ gözləyək, Qarabağ həsrəti çəkənlərin hamısı ATƏT-in Minsk Qrupunun, ABŞ-ın, Rusiyanın, Fransanın, Britaniyanın çaldığı hava altında dərddən yanıb kül olsunlar, sonra baxarıq...

Sultan Laçın


Açar sözlər
Sultan Laçın , Atət , Atət-In Minsk Qrupu , Türkiyə , Azərbaycan , Qarabağ , Abş , Fransa , Rusiya , Britaniya , Xankəndi
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər
Aprelin 28-i növbəti qəbul imtahanı keçiriləcək

Aprelin 28-i növbəti qəbul imtahanı keçiriləcək

24-04-2019 11:43 - Moderator.az - Mədəniyyət
DİM-dən Moderator.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaqDövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il aprelin 28-də :– ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları;– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;– Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;–xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları;– üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları;– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.