Azərbaycan SQ-nin görən gözü: EL/M-2084 çoxməqsədli radiolokasiya stansiyaları – HƏRBİ EKSPERT (ANALİZ)

Azərbaycan SQ-nin görən gözü: EL/M-2084 çoxməqsədli radiolokasiya stansiyaları – HƏRBİ EKSPERT (ANALİZ)

EL/M-2084 RLS ailəsi, artilleriya silahlarının yerləşdirilməsi koordinatlarının aşkar edilməsini, hava hücumundan müdafiənin əməliyyat vəzifələrinin həllini təmin etməklə kiçik, orta və uzaq mənzilli radiusda döyüş vəzifələri üçün ən optimal variant hesab edilir.

EL/M-2084 çoxməqsədli RLS-i yüksək fəaliyyət etibarlılığına, üzun müddət istifadə resursuna və əməliyyat rahatlığına malikdir.

Ümumi məlumat

Çoxməqsədli EL/M-2084 RLS tərəfindən vəzifələr 2 rejimdə yerinə yetirilir.

Düşmən artilleriyasının koordinatlarının aşkar edilməsində:
- Düşmənin minaatan, top, idarəolunan mərmi və raketlərinin yerləşdirilməsi koordinatlarını aşkar edir;
- Düşmənin silahlarının yerləşdirilməsi sxemini tərtib edir;
- Düşmənə endiriləcək zərbə nöqtələrinin hesabatını hazırlayır;
- Öz qoşunlarının atəş məsafəsini və digər məlumatları müəyyənləşdirir.
Hava hücumundan müdafiədə:
- Bütün növ hava hədəflərinin aşkarlanmasını və təsnifatını;
- Manevr edən hədəfləri təqib etmək üçün yüksək yenilənmə sürətini;
- Real vaxtda hava şəraitinin yaradılmasını təmin edir.
EL/M-2084 RLS-ın fəaliyyət prinsipi

EL/M-20843D RLS-in modul və miqyaslanan radar konfiqurasiyasıın iş prinsipi aktiv idarəedilən anten (AFAR) tərəfindən təmin edilir.

RLS iki əməliyyat rejimində fəaliyyət göstərir:
- Artilleriya atəş vasitələrini aşkar edən RLS rejimi: sektor 120 dərəcəyə qədər;
- HHM rejimi: yeniləmə sürətini sürətləndirmək üçün dəqiqədə 30 dəfəyə qədər fırlanma.
Bundan əlavə RLS:
- Konfiqurasiya ilə bir neçə dəfə miqyaslana bilir;
- Yüksək hərəkətliliyə və sürətli yerləşdirməyə malikdir;
- "Lockheed C-130" hərbi təyyarəsi ilə rahat daşınır;
- Məsafədən idarəedilir;
- Birləşdirilən şəbəkədə çalışmaq və geniş radioelektron mübarizə imkanlarına malikdir.
Ətraflı siqnal emalında:
- Ağır maneələr şəraitində çalışır;
- SIx elektromaqnit mühitdə işləyə bilir;
- Hədəfləri aşkar edərək təsnifatlandırır;
- Aşağı uçan hədəflərə qarşı təkmilləşdirilıb;
- Yüksək dözümlülük və rahat funksionallığa malikdir.
Əsas texniki xüsusiyyətləri
EL/M-2084 RLS-i HHM rejimində:
- Hədəfləri 47.4 km məsafədə aşkar edir;
- Azimut üzrə 120 dərəcəni və ya 360 dərəcəni əhatə edir;
- Yüksəklik üzrə 50 dərəcəni və ya 30480 metri əhatə edir;
- Dəqiqlik 3D formatında təmin edilir;
- Eyni zamanda 1200 hədəfi izləyə bilir.
Artilleriya batareyalarını aşkaretmə rejimində:
- Hədəfləri 100 km məsafədə aşkar edir;
- Azimut üzrə 120 dərəcəni əhatə edir;
- Yüksəklik üzrə 50 dərəcəni əhatə edir;
- CEP (Circular Error of Probability) formatında 0.25% dəqiqlik təmin edilir;
- Dəqiqədə 200 hədəf aşkarlana bilir.

Faktiki rəqəmlər RLS-in modelinə, konfiqurasiyasına və ölçüsünə görə dəyişə bilər.

Əvvəllər İsrailin silah bazarında rəqib olmağa çalışan şirkətlər tərəfindən iddia edilirdi ki, "Elta Systems" şirkətinin istehsalı olan EL/M-2084 RLS-ləri NATO-nun HHM/RƏM sisteminə inteqrasiya edilməsi mümkün deyil, çünki onlar qeyri-NATO ölkəsində istehsal edilib. 2014-cü ildə bu şayiələr bir müddət Çexiya Respublikasını İsraillə hərbi texniki sahədə ikitərəfli əməkdaşlıqda tərəddüd etməyə vadar etsə də, NATO üzvü olan Kanadanın bu sistemlərdən uğurla istifadə etməsi, EL/M-2084 stansiyalarının hər bir sistemə inteqrasiyasının mümkünlüyünü təsdiqlədi. Çexiya və digərləri, o cümlədən Azərbaycan da bu komplekslərin aktiv istifadəçisinə çevrildilər.

Bu RLS, "Barak-8" hava hücumundan müdafiə kompleksində, "Rafael" və "Israel Aircraft Industries" (IAI) şirkətlərinin birgə məhsulu olan "Spyder" ZRK-da istifadə edilirdi, son zamanlar isə bu stansiyanın artilleriya hissələrində peyda olması bu kompleksdən düşmən batareyalarının koordinatlarının dəqiqliklə təyin edilməsində və onların böyük ehtimalla məhv edilməsində istifadə edildiyindən xəbər verir.

Vyetnam Silahlı Qüvvələri də Azərbaycandan sonra "Israil Aerospace Industries" şirkətinin çoxməqsədli EL/M-2084 stansiyasının 3 nümunəsini əldə edib. EL/M-2084 radarı artilleriya mövqelərini 100 km məsafədə, hava hədəflərini isə 410 km-ə qədər məsafədə aşkar edə bilir.

Bu gün silah bazarında "Elba Systems" şirkətinin istehsalı olan EL/M-2084 RLS- lərinin müxtəlif konfiqurasiyaları mövcuddur.

1. EL/M-2080 "Green Pine" mobil, yerüstü, çoxfunksiyalı, AFAR-a sahib RLS-dir. Hava sahəsinin müşahidə RLS-i, EL/M-2084 modelinə nisbətən daha böyükdür və aşağı tezlikli RLS 500 km-ə qədər fəaliyyət radiusuna malikdir. Onun vasitəsilə onlarla ballistik raketi paralel izləmək mümkündür. Radarda bir çox qabaqcıl ötürücü/qəbuledicilərlə tətbiq olunan AFAR modul texnologiyası, yüksək enerji ehtiyatını, səmərəliliyin tədricən azaldılmasını, yüksək etibarlılıq, təmirə yararlılıq və sistem rahatlığını təmin edir. Onlar İsrailin RƏM-lərində istifadə və digər ölkələrin silahlanmasında istismar edilir. 2. EL/M-2112 (V2.5) - yerüstü RLS-dir və sahil zonasını müşahidə etmək üçün təyin edilib. Çoxfunksiyalı və AFAR-a sahib RLS iki və ya dörd düz anten və çoxşüalı texnologiyadan istifadə edərək, təyin olunan 180 və ya 360° sektorda hərəkət edən quru və dəniz vasitələrini aşkar edir və izləyir. 3. EL/M-2106 ATAR - yeni 3D texnologiyalı, L-diapazonlu və AFAR-a sahib RLS aşağıdan uçan qırıcıları, helikopterləri, aşağı sürətli yüngül təyyarələri və PUA kimi kiçik əksolunma sahəsinə malik hədəflərin geniş spektrini müəyyən edə bilir, eyni zamanda hədəf məsafəsini, azimutu və yüksəliyin yerə görə buçaqlarının dəqiq ölçülməsini təmin edir. 4. "Elta", yerüstü stansiyalardan başqa MFSTAR dəniz müşahidə RLS ailəsini də istehsal edir. Bu stansiya EL/M-2258 "Alpha" (Advanced Lightweight Phased Array Radar) adlanır və özündə 3D ölçülü RLS və AFAR antenini birləşdirir. 25 km məsafədə aşağıdan uçan raketləri, 120 km-ə qədər məsafədə isə yüksəkdə uçan ənənəvi təhlükələri aşkar edə bilir. Gəmilərə quraşdırılan 700 kq-lik "Alpha", 360 dərəcə azimutu, 70 dərəcə yüksəkliyi əhatə edir. Azərbaycan Hərbi Dəniz Donanmasının və Dövlət Sərhəd Xidmətinin Səhəd Qoşunlarının döyüş gəmilərinin EL/M-2248 "Alpha" RLS ilə təmin olunduğu ehtimal edilir.

Xəzər dənizində ən güclü və yüksək döyüş qabiliyyətinə malik, 72 metrlik "Saar 72" tipli korvetlərin "Barak-8" zenit raket kompleksi ilə təchiz olunduğunu nəzərə alsaq, EL/M-2248 "Alpha" RLS-nin bu tip gəmilərdə tətbiqini iddia edə bilərik.

Dairəvi fırlanan AFAR, 2000-2300 ədəd qəbuledici-ötürücü moduldan ibarət olur və avtomobil yarı-qoşqusunda yerləşir. Stansiya 2,5-3 km/san sürətlə uçan 12-dən 30-a qədər hədəfi eyni vaxtda aşkarlayıb müşayiət edə bilir. IAI-nin tərkibinə daxil olan "Elta" şirkətinin istehsalı olan EL/M-2080 "Green Pine" İsrailin "Arrow 2" RƏM kompleksinin tərkibinə daxildir. Radiolokasiya sistemi fırlanan antendən, elektrik, soyutma sistemindən və radiolokasiya nəzarət mərkəzindən ibarətdir.

RLS həm hədəfi işıqlandırarır, həm raketin ona 4 m dəqiqliklə istiqamətlənməsinə şərait yaradır, həm də raketlərin buraxılmasının və zərbənin dəqiq hesablanmasını həyata keçirir. EL/M-2080 "Green Pine", eyni zamanda hədəflərin axtarış, aşkarlanma, müşayiət və tuşlanma rejimlərində işləyə bilir.

Açar sözlər
Ədalət Verdiyev , Nato , Silahlı Qüvvələr , Dövlət Sərhəd Xidməti , Elba , Israil Aerospace Industries Şirkəti , Azərbaycan , Hindistan , Israil , Xəzər , Koreya , Vyetnam , Çex Respublikası , Kanada , Sinqapur , Atar
İKT xəbərləri
Ordu.az digər xəbərlər
Çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimləri keçirilib - FOTOLAR

Çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimləri keçirilib - FOTOLAR

26-04-2019 15:26 - Ordu.az - Siyasət
Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, Ordumuzun formalaşmasında və güclənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun siyasi xəttinin layiqli davamçısı ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdikləri işlərdən söz açıb.

Bakının Qaradağ rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək Vətəni qorumaq kimi müqəddəs borcun yerinə yetirilməsində çağırışçılara dəyanətli, əzmkar olmalarını, hərbi xidməti şərəflə bitirmələrini arzulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi rəisinin müavini, polkovnik-leytenant Rizvan Sadıqov mərasimdə çıxış edərək, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdırıb.

Yolasalma mərasimlərində ictimaiyyətin nümayəndələri, ziyalılar, valideynlər, müharibə veteranları gənclərə hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi tövsiyə ediblər.

Hərbi xidmətə yola düşən gənclər adından çıxış edənlər Vətən və xalqımız qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi naminə hər an hazır olacaqlarını söyləyiblər.

Sonda çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək ordu sıralarına yola düşüblər.

Həqiqi hərbi xidmətə çağırış respublikamızın bütün bölgələrində davam edir.