Azərbaycan startapı alkoqol içkilərinin orijinallığını müəyyən edəcək

Azərbaycan startapı alkoqol içkilərinin orijinallığını müəyyən edəcək

Ukrayna alkoqol istehsalçı şirkətləri "Xortitsa"və "Nemiroff"Azərbaycan startapının texnoloji həllini istifadə edərək öz məhsullarını saxtakarlıqdan qoruya biləcəklər. Bunu ONA-ya "iQrex"startap layihəsinin rəhbəri Cəlal Rəhimov deyib.

Onun sözlərinə görə, "iQRex"proqram təminatı pərakəndə şəbəkələrdə satılan malların saxta olub olmadığını müəyyən etməyə imkan verir.

"Bu həllin Ukrayna bazarında tətbiqinə dair danışıqlar yaxın 1 ay ərzində baş tutacaq. O vaxtadək isə bu həllin tətbiqi "Millers Oils Azerbaijan"şirkətinin istehsal etdiyi məhsullarda tətbiq olunacaq. Bu layihənin icrasına dair artıq anlaşma memorandumu imzalanıb", - deyə C. Rəhimov bildirib.

İstehsalçılara xüsusi proqram təminatı istifadə etmək təklif olunur ki, onun vasitəsilə üzərində qorunan kodlu stiker sifariş etmək mümkündür. Sistemdə blockchain texnologiyasından istifadə olunduğu üçün hər bir kod unikal sayılır, bu da onların təkrar çap olunmasının qarşısını alır. Bu stikerləri istehsalçı öz məhsulların üzərinə yapışdırır. Alıcı isə öz növbəsində "iQRex"mobil əlavəsini vasitəsilə stikerin üzərindəki kodu skan edərək məhsulun saxta olub olmadığını yoxlaya bilər.

Açar sözlər
Cəlal Rəhimov , Azərbaycan , Ukrayna
İKT xəbərləri
Ona.az digər xəbərlər
Avropa Liqasının finalı ilə əlaqədar AZAL və "Buta Airways"in uçuşları yeni qrafik üzrə yerinə yetiriləcək

Avropa Liqasının finalı ilə əlaqədar AZAL və "Buta Airways"in uçuşları yeni qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 12:16 - Ona.az - Siyasət

 Bu ilin il mayın 29-da Avropa Liqasının finalının keçiriləcəyi müddətdə Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in reyslərinin cədvəlinə dəyişiklik edilmişdir.

ONA-ya AZALədan verolən məlumata görə, mayın 29 və 30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.

29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir):





Reysin nömrəsi


 Marşrut


Bakıdan uçuş


Təyinat məntəqəsinə gəliş


Təyinat məntəqəsindən uçuş


Bakıya gəliş




J2-003/004


Bakı-Ankara-Bakı


20:00


21:30


22:30


01:50+




J2-011/012


Bakı-Dubay-Bakı


04:50


07:45


10:10


13:10




J2-026


Antalya-Bakı





16:00


19:50




J2-076


İstanbul (IST)-Bakı





16:30


20:15




J2-9683/9684


Kiyev (IEV)-Bakı

(Buta Airways)





16:10


20:30




J2-9575/9576


Bakı-Kazan- Bakı

(Buta Airways)


20:00


21:50


22:50


02:50+




J2-9717/9718


Bakı-Mineralnıye Vodı-Bakı

(Buta Airways)










21:00


21:40


22:40


01:05+




J2-809/810


Bakı-Moskva (VKO)-Bakı


Reyslər ləğv edilmişdir




J2-079/080


Bakı - İstanbul-Bakı 


Reyslər ləğv edilmişdir




J2-852/851


Bakı- Moskva (DME)- Bakı


Reyslər ləğv edilmişdir




J2-255


Bakı-Naxçıvan


Reys ləğv edilmişdir




J2-254


Naxçıvan- Bakı


Reys ləğv edilmişdir







30 may (yerli vaxt göstərilmişdir):







Reysin nömrəsi


Marşrut


Bakıdan uçuş


Təyinat məntəqəsinə gəliş


Təyinat məntəqəsindən uçuş


Bakıya gəliş




J2-011/012


Bakı-Dubay-Bakı


12:40


15:35


16:45


19:45




J2-827


Bakı-Moskva (VKO)


02:45


05:00







J2-852/851


Bakı- Moskva (DME)- Bakı


11:40


13:50


14:50


18:40




J2-9111/9112


Bakı-Alanya-Bakı

(Buta Airways)


12:30


14:30


15:30


19:20




J2-9685/9686


Bakı-Odessa-Bakı

(Buta Airways)


12:15


14:40


15:40


19:40




J2-239


Bakı–Gəncə


Reys mayın 29-na keçirilmişdir 

uçuş: 08:00, eniş: 09:00




J2-021/322


Bakı –Təl-Əviv –Bakı


Reyslər ləğv edilmişdir




J2-075/076


Bakı – İstanbul (IST)-Bakı


Reyslər ləğv edilmişdir




J2-9103/9104


Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways)


Reyslər ləğv edilmişdir




J2-9223/9224


Bakı-Tbilisi-Bakı

(Buta Airways)


Reyslər ləğv edilmişdir




J2-9017/9018


Bakı -Tehran - Bakı

(Buta Airways)


Reyslər ləğv edilmişdir




J2-251


Bakı-Naxçıvan


Reys ləğv edilmişdir




J2-258


Naxçıvan-Bakı


Reys ləğv edilmişdir





 

Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.