"Azərbaycan sürətlə inkişaf edir" - İlham Əliyev

"Azərbaycan sürətlə inkişaf edir" - İlham Əliyev

Prezident İlham Əliyev V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında Azərbaycanın həyata keçirdiyi nəhəng layihələrdən də danışıb.


AZXEBER.COM-un xəbərinə görə, dövlət başçısı boru kəmərləri vasitəsilə Xəzər dənizinin Qara dənizlə birləşdiyini, Avropanın enerji təhlükəsizliyinə xidmət edən bu kəmərlərin, həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq nəqliyyat dəhlizlərinin həm də ölkələr və xalqlar arasında arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini deyib.


Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib və bu münaqişənin yaratdığı problemlərə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini söyləyib.


Dövlət başçısı Forumun işinə uğurlar arzulayıb və müzakirələrin səmərəli olacağına əminliyini ifadə edib.

Siyasət xəbərləri
Azxeber.com digər xəbərlər