Azərbaycan tarı ilə bağlı elmi müzakirələr aparılıb

Azərbaycan tarı ilə bağlı elmi müzakirələr aparılıb

Beynəlxalq Muğam Mərkəzində geniş miqyaslı “Dəyirmi masa” layihəsi çərçivəsində “Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri” adlı elmi-praktiki konfrans keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, konfrans Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə giriş sözü ilə çıxış edən Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova konfransın əhəmiyyətindən söz açaraq qeyd edib ki, milli musiqi alətimiz olan tarı yaşatmaq, onu daha da təkmilləşdirərək gələcək nəsillərə çatdırmaq üçün belə tədbirlərin təşkili olduqca təqdirəlayiqdir.

Sonra Milli Konservatoriyanın Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi (elmi-tədqiqat) Laboratoriyasının rəhbəri Məmmədəli Məmmədovun tar əmsalları və standartları haqqında məruzəsi dinlənilib. Məruzədə milli musiqi aləti olan tarın pərdə quruluşu, not sistemi,diapazonu, bədii-texniki imkanları haqqında məlumat verilib.

Elmi-praktik konfransda BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov, AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi həmçinin regionlardan dəvət olunmuş tar ustaları iştirak ediblər.

Sonda AMK-nın Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi Laboratoriyasının təkmilləşdirdiyi musiqi alətlərindən ibarət tar ansamblının ifasında musiqi nömrələri tamaşaçılara tədqim edilib.

Muğam Mərkəzinin sistemli şəkildə apardığı nəzəri və elmi-tədqiqat fəaliyyəti çərçivəsində muğam, aşıq və milli klassik musiqisinin öyrənilməsi, təbliği və yayilmasi üzrə maraqlı layihələrin həyata keçirilməsi davam etməkdədir.

Mədəniyyət xəbərləri
Növbəti qəbul imtahanlarının vaxtı açıqlandı

Növbəti qəbul imtahanlarının vaxtı açıqlandı

24-04-2019 12:16 - Bakupost.az - Mədəniyyət
Beləliklə, Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 28-də ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.
Cia.az digər xəbərlər