Azərbaycan Tibb Universitetinin rezidentləri üçün növbəti elmi-praktik seminar keçirilib

Azərbaycan Tibb Universitetinin rezidentləri üçün növbəti elmi-praktik seminar keçirilib

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) rezidentləri üçün növbəti elmi-praktik seminar keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə məsul şəxsi, I cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov seminarın mövzusu və məruzəçiləri haqqında məlumat verib.

Sonra Respublika Endokrinoloji Mərkəzindən rotasiyaya gəlmiş endokrinoloq ixtisası üzrə rezidentlər Nigar Qafarova, Günay Məmmədova, Rəna Xalıqverdiyeva və Nərmin Abbasovanın məruzələri dinlənilib. Məruzəçilər “Qalxanabənzər vəzi xəstəlikləri”, “Hamiləlik zamanı qalxanabənzər vəzidə düyünlər” və “Yod çatışmazlığı” mövzularında çıxış ediblər.

Məruzəçi rezidentlər əsasən endokrinoloji xəstəliklər zamanı müalicənin daha səmərəli aparılması yollarından söhbət açıblar. Onlar tibbin bu sahəsi üzrə dünyada tətbiq olunan ən müasir metodlara uyğun aparılan yeni müalicə üsulları barədə ətraflı məlumat veriblər.

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər