Azərbaycan-Türkiyə: iş adamları arasında əlaqələr genişlənir - FOTO

Azərbaycan-Türkiyə: iş adamları arasında əlaqələr genişlənir - FOTO

Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) aprelin 19-u İstanbulda azərbaycanlı və türkiyəli iş adamları arasında əməkdaşlıq münasibətlərinin artırılmasına həsr olunmuş tədbir keçirib.

Metbuat.az xəbər verir ki, birliyin İdarə Heyətinin sədri Mehdi Nağıyev tədbirdəki çıxışında 2012-ci ildə 16 şirkət və iş adamının iştirakı ilə qurulan TAİB-in fəaliyyətini gücləndirmək, iki ölkənin iş adamları arasında əlaqələr qurmaq, mövcud əlaqələri daha da intensivləşdirmək, yeni investisiya layihələrinə dəstək sahəsində çalışdıqlarını qeyd edib.

O bildirib ki, 100-ə yaxın üzvü olan birliyin Türkiyənin bir çox bölgələrində nümayəndəlikləri var.

Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim hər iki ölkənin iş adamlarına dəstək verməyə hər zaman hazır olduqlarını və əlaqələrin gücləndirilməsinə köməklərini əsirgəməyəcəklərini bildirib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın hər zaman Türkiyənin, Türkiyənin isə Azərbaycanın yanında olduğunu vurğulayıb, iki ölkənin dövlət başçılarının bu yöndə böyük işlər gördüyünü xatırladıb.

Türkiyə Cümhurbaşqanlığının Maliyyə Ofisinin rəhbəri Göksel Aşan iki ölkə arasında iqtisadi münasibətlərin hazırkı vəziyyətinə toxunub.

O Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişinə cəhd zamanı Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə göstərdiyi güclü dəstəyi də xatırladaraq bunu yüksək qiymətləndirib.

Göksel Aşan Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarına hər cür dəstək göstərilməsinə hazır olduqlarını vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin İstanbuldan olan üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım iki qardaş ölkənin əlaqələrinin möhkəmliyindən danışıb, dövlət başçıları arasındakı qardaşlıq münasibətlərinin azərbaycanlı və türkiyəli iş adamlarına geniş imkanlar yaratdlğını bildirib.

TAİB üzvlərinə sertifikatların təqdim edildiyi tədbir bədii hissə ilə yekunlaşıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Şamil Ayrım , Fuad Muradov , Ilham Əliyev , Mehdi Nağıyev , Türkiyə Böyük Millət Məclisi , Azərbaycan Respublikasının Diasporla Iş Üzrə Dövlət Komitəsi , Azərbaycan Xəbərləri Class , Türkiyə Xəbərləri Class , Aşa , Istanbul , Xəzər , Türkiyə , Azərbaycan , Türkiyə Respublikası
Siyasət xəbərləri
Mədəniyyət və Turizm Nazirliyi ləğv edildi - SƏRƏNCAM

Mədəniyyət və Turizm Nazirliyi ləğv edildi - SƏRƏNCAM

20-04-2019 20:02 - Baku.ws - Siyasət
Nazirlər Kabinetinə tapşırılıb ki, Mədəniyyət Nazirliyinin və Dövlət Turizm Agentliyinin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.- 2018-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsini təmin etsin;- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təşkili üçün maddi-texniki təminatı ilə bağlı məsələləri həll etsin;- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Metbuat.az digər xəbərlər