Azərbaycan Uruqvaya nota verib

Azərbaycan Uruqvaya nota verib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən işğal edilən ərazilərimizdə yaradılan qanunsuz rejimin qondarma “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya getdiyi və orada “görüşlər” keçirdiyi barədə yayılan məlumatlara münasibət bildirib.

XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, sözügedən şəxs Uruqvayda yaşayan erməni icmasının dəvəti ilə sözdə “erməni soyqırımı” tədbirlərində iştirak etmək üçün bu ölkəyə səfər edib. Qanunsuz rejimin qondarma “nümayəndəsi” Uruqvay hökumətinin heç bir nümayəndəsi tərəfindən qəbul edilməyib:

"Uruqvay senatının sədri Lusia Topolanski ilə görüşə gəldikdə isə bildirmək istərdik ki, L.Topolanski Parlamentdə keçirilən qondarma “soyqırımı” tədbirində iştirak edib və tədbir zamanı Uruqvay erməni icmasının digər nümayəndələri ilə görüşdə M.Mailyan da iştirak edib.

Eyni zamanda, məsələ ilə əlaqədar Azərbaycanın Argentinadakı Səfirliyi Uruqvay Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin etirazını özündə əks etdirən nota təqdim edib. Uruqvay XİN-i cavabında bu məsələdə Uruqvay hökumətinin rəsmi mövqeyinin fundamental və dəyişilməz olduğunu vurğulayıb. Azərbaycan Səfirinin ən qısa zamanda Uruqvay Xarici İşlər Nazirliyində görüşünün keçirilməsi nəzərdə tutulub".

Siyasət xəbərləri
"Dördgünlük müharibə"də fərqlənən əsgərlərimiz xalq arasında (FOTO)

"Dördgünlük müharibə"də fərqlənən əsgərlərimiz xalq arasında (FOTO)

25-04-2019 15:35 - Baku.ws - Siyasət
Hərbçilərə alqış sədaları altında fəxri fərman və nişanlar təqdim edilib. Hərbi vətənpərvərlik tədbiri iştirakçılarda nikbin duyğular yaradıb, qələbəyə inam hissini daha da artırıb.     Beyləqan şəhərində Müdafiə Nazirliyi və Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan "Sən Vətənin sipəri, xalqımın qürurusan" adlı kütləvi hərbi şöhrət bayramı ordu ilə xalqın monolit birliyinin nümayişinə çevrilib. Tədbirdə aprel ayının əvvəllərində qoşunların təmas xəttində şücaət göstərmiş hərbi hissələrin nümayəndələri, eləcə də Beyləqan rayonundan olan hərbi qulluqçular, döyüşlərdə göstərdikləri qəhrəmanlıq və igidliyə görə yüksək fəxri ada layiq görülən hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, gənclər iştirak ediblər. Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək, xalqla ordunun monolit birliyindən, aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan ordusunun verdiyi layiqli cavabdan danışıb, Silahlı Qüvvələrimizin işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hazır olduğunu bildirib. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tədbirdə çıxış edərək vurğulayıb ki, beyləqanlılar həmişə Azərbaycan ordusuna dayaq olublar, Heydər Əliyev ideyalarına sadiqdirlər, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an respublikamızın ərazi bütövlüyü uğrunda savaşa atılmağa hazırdırlar. Tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı, Beyləqan rayonunun incəsənət ustaları hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər təqdim ediblər.
Qafqazinfo.az digər xəbərlər