Azərbaycan və Çin şirkətləri arasında sənədlər imzalanıb

Azərbaycan və Çin şirkətləri arasında sənədlər imzalanıb

Moderator.az xəbər verir ki, Çinin paytaxtı Pekində “Bir kəmər,bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında sənədlərin imzalanması mərasimi keçirilib.


Mərasimdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-iqtisadi əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev və Çin Xalq Respublikasının Kommersiya Nazirliyinin Avrasiya İdarəsinin rəhbəri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq komissiyasının həmsədri Luo Veydonq iştirak edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C. Qurbanovun iştirakı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə Çinin “Xi'an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında nəqliyyat-tranzit sahəsində Strateji Əməkdaşlıq Anlaşması imzalanıb.

Açar sözlər
Şahin Mustafayev , Azərbaycan Dəmir Yolları , International Logistics Co Ltd , Çin Xalq Respublikasının Kommersiya Nazirliyinin Avrasiya Idarəsi , Çin , Azərbaycan Respublikası , Azərbaycan , Pekin
İqtisadiyyat xəbərləri
Moderator.az digər xəbərlər