Azərbaycan və Çin Transxəzər marşrutuna 30 konteyner qatarı buraxacaq

Azərbaycan və Çin Transxəzər marşrutuna 30 konteyner qatarı buraxacaq

“ADY Konteyner” MMC ilə Çinin “Xi'an Continental Bridge International Logistics Co. Ltd” 2019-cu ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə 30 konteyner qatarını (2 460 TEU) buraxmağı planlaşdırır.

ONA-nın"Azərbaycan Dəmir Yolları" QSC-yəistinadənverdiyi məlumata görə, bu günlərdə Pekində “Bir kəmər və bir yol” təşəbbüsü çərçivəsində şirkətlər arasında nəqliyyat-tranzit sahəsində Strateji Əməkdaşlıq Anlaşması imzalanıb.

“Sənəddə tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə razılığa gəliblər. Hər iki şirkət 2019-cu ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır. Razılaşma həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəqliyyat qovşağı kimi fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq”, - məlumatda deyilir.

Açar sözlər
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı , Azərbaycan Dəmir Yolları , International Logistics Co Ltd , Çin , Pekin
İqtisadiyyat xəbərləri
Ona.az digər xəbərlər