Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcək

Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcək

23 Aprel 2019, 19:44 | AKTUAL

Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Pekində görüşəcək.

Bu haqda Modern.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, prezidentlər aprelin 26-da Pekində görüşəcəklər.

Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuriy Uşakov bildirib ki, görüşdə ikitərəfli əlaqələr və digər beynəlxalq məsələlərlə bağlı dialoq aparılacaq.

Qeyd edək ki, aprelin 26-27-də Çinin paytaxtı Pekində “Bir kəmər, bir yol” forumu keçiriləcək.

Siyasət xəbərləri
Modern.az digər xəbərlər