Azərbaycan vəkilliyi 100 illik yubileyə hazırlaşır - Tapşırıqlar verildi

Azərbaycan vəkilliyi 100 illik yubileyə hazırlaşır - Tapşırıqlar verildi
12:56 22 Aprel 2019
Aprelin 19-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının şifahi mərhələsinin gedişatı, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinə hazırlıq işləri barədə iclas iştirakçılarına məlumat verib, o cümlədən, vəkillərin yeni döş nişanını iclas iştirakçılarına təqdim edib.
İclasda vəkillərin başqa vəkil qurumuna keçmək, vəkil kabinetlərinin yaradılması, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb, o cümlədən, may ayı üçün Bakı şəhəri və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiq edilib.
Bundan başqa, Rəyasət Heyətinin 25.02.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan vəkilliyinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı”nın icrası ilə bağlı işçi qrupun yaradılması barədə qərar qəbul edilib, “Azərbaycan Respubliksı Vəkillər Kollegiyası üzvlərinin, vəkil köməkçilərinin, Rəyasət Heyəti aparatının və vəkil bürolarının işçilərinin şəxsi işinin aparılması və saxlanılması Qaydaları” təsdiq olunub.
İclasda Rəyasət Heyətinin üzvü, “Ədalət” Vəkil Bürosunun müdiri Muxtar Mustafayevi 55 illik yubileyi münasibətilə iclas iştirakçıları təbrik edib, o, yubiley və vəkilliyin nüfuzunun artırılmasına verdiyi töhfələrə görə “İsmayılxan Ziyadxanovun xatirə döş nişanı” ilə təltif olunan ilk vəkil olub.
İclasda həmçinin bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilib.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
Femida.az
Oxunub: 337
Oxşar xəbərlər
- Dövlət niyə sığortanı öz üzərinə götürməlidir? - Millət vəkili
- Narkotik qəbul edib sükan arxasında oturanları HANSI CƏZA GÖZLƏYİR? - Vəkildən vacib açıqlama
- İki məşhur vəkilə qoyulan qadağa götürüldü
- Elina Hacıyevanın anasının müdafiəsinə üç vəkil qoşulub
- Kollegiyanın sədrindən Elinanın məsələsinə xüsusi DİQQƏT
- Vəkil Narkoloji Mərkəzin sabiq direktoruna bəraət istəyib
- Başqasının yerinə imtahana girənləri və buna şərait yaradanları - HANSI CƏZA GÖZLƏYİR?
- Hər iki valideynini xərçəngdən itirən tələbə evsiz qalıb: "Heç kimə yük olmaq istəmirəm..."
- Baş Prokurorluğun balansındakı bina Vəkillər Kollegiyasının istifadəsinə verilib
- Bölgələrdə vəkillik büroları üçün bina ayrılıb