Azərbaycan xəstəxanalarında niyə  namaz otaqları yoxdur?-Hacı Şahin cavablandırır...

Azərbaycan xəstəxanalarında niyə  namaz otaqları yoxdur?-Hacı Şahin cavablandırır...

“Qafqaz Müsəlmanları İdarəsində belə bir məsələ qaldırılmayıb. Çünki...”

Xəbər verdiyimiz kimi, ümumilikdə xristian ölkəsi sayılan Rusiyada , xüsusilə, paytaxt Moskvada onkoloji və narkoloji mərkəzlərdə, eləcə də bir sıra digər tibb müəssisələrində müsəlmanlar üçün ibadətxanaların sayı artırılır. Lakin müsəlman ölkəsi hesab edilən Azərbaycanın tanınmış dövlət və özəl tibb müəssisələrində namaz otaqlarına rast gəlinmir.

Tanınmış ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri Hacı Şahin məsələ ilə bağlı

Moderator.az-a açıqlamasında bunları bildirib:


“Azərbaycandakı xəstəxanalarda namaz otaqlarının olub-olmaması haqda dəqiq məlumatım yoxdur. Ancaq ayrı-ayrı özəl və dövlət müəssisələrində, o cümlədən Bakı hava limanında, bir sıra ticarət mərkəzlərində müsəlmanların rahat ibadət etməsi üçün xüsusi məkanların ayrıldığını bilirəm...


Ümumiyyətlə, Rusiyada belə bir addımın atılması, təbii ki, təqdirəlayiqdir. Çünki möminlər bəzən namaz vaxtı yaxınlıqda məscid olmadıqda ibadətlərini icra etməkdə çətinlik çəkirlər. Odur ki, insanların kütləvi şəkildə gəlib-getdiyi, çalışdığı, toplandığı yerlərdə namaz otaqlarının olması çox normal bir haldır. Bir çox İslam ölkələrində, eyni zamanda əhalisinin müəyyən hissəsi müsəlman olan ölkələrdə də bu qaydaya riayət edilir. Azərbaycanda da əvvəlki illərə nisbətdə insanların kütləvi çalışdığı, yaxud yığışdığı məkanlarda namaz otaqlarının sayı artır. Hətta cəzaçəkmə müəssisələrinin, demək olar ki, hamısında nəinki namaz otaqları, kişik məscidlər də var”.


“Bəs Qafqaz Müsəlmanları İdarəsində bu barədə məsələ nə vaxtsa müzakirə edilibmi” sualını isə həmsöhbətimiz belə cavablandırıb:


“Xeyr. Qafqaz Müsəlmanları İdarəsində belə bir məsələ qaldırılmayıb. Çünki bu, hər hansı idarə və müəssisənin, o cümlədən xəstəxanaların öz səlahiyyətlərində olan məsələdir”.


Hacı Şahindən bu məlumata da münasibətini öyrəndik: “Moskva müftisi öz açıqlamasında onu da bildirib ki, Moskva Müsəlmanları Ruhani İdarəsi klinikalarda yalnız namaz otaqları açmaqla kifayətlənmir, həmçinin, müntəzəm olaraq imamların orada inanclı xəstələr üçün xidmətini də təşkil edir. Hospislərə ruhanilər çağırışa əsasən bir neçə saat ərzində gedirlər”.


QMİ nümayəndəsi bunları söylədi:


“Ümumiyyətlə, din xadimlərinin ümidsiz xəstələrə, çarəsiz insanlara mənəvi və ya maddi yardım göstərməsi çox təqdirəlayiq bir haldır. Bu cür insanlar bizlərə də üz tuturlar. Hətta psixoloji problemləri olan şəxslər də psixoloqlarla yanaşı, bizlərə, din xadimləri və ilahiyyatçılara da müraciət edirlər. Və öz təcrübəmdə rast gəlmişəm ki, bəzən din adamları tərəfindən verilən tövsiyələr effektiv olur və həmin insanların problemlərinin həllində, rahatlıq tapmalarında yardımçı rolunu oynayır...


Onu da əlavə edim ki, son illər Azərbaycanda din xadimləri mütəmadi olaraq cəzaçəkmə müəssisələrində cəza çəkən insanlarla da görüş keçirir və bu da həmin məhkumların mənəvi durumuna müsbət təsir göstərir. Eləcə də hərbi hissələrimizdə bu cür tədbirlər keçirilir. Xəstəxanalarımızda da din xadimlərinin xəstələrlə görüşlər keçirə bilməsində heç bir problem görmürəm. Və bu normal, təqdirəlayiq bir hal olardı...”



Sultan Laçın


Açar sözlər
Sultan Laçın , Hacı Şahin , Bakı Hava Limanı , Qafqaz Müsəlmanları Idarəsi , Moskva Müsəlmanları Ruhani Idarəsi , Moskva , Rusiya , Azərbaycan
Siyasət xəbərləri
Antimilli ünsürlərin  “falabaxma kampaniyası”

Antimilli ünsürlərin “falabaxma kampaniyası”

22-04-2019 11:50 - Metbuat.az - Siyasət
Millət vəkili qeyd edib ki, məsələyə bu kontekstdə yanaşdıqda 3 hadisənin eyni vaxtda və paralel olaraq baş verməsi diqqətdən yayınmır: “a) Azərbaycan müxalifətinin radikal kəsiminin sözügedən saziş əleyhinə dinləmələr keçirməsi və bu prosesdə Azərbaycan iqtidarı əleyhinə böhtan və şər kampaniyasına rəvac verməsi; b) Ermənistanda da oxşar müzakirələrin təşkil olunması və Avropa İttifaqına daxil olan ölkələrə öz lobbiləri vasitəsilə təsir edib, imzalanma prosesinin qarşısının alınması istiqamətində cəhdlər göstərməsi; c) Hər zaman Azərbaycan əleyhinə qərəzli mövqeyi ilə tanınan “Sərhədsiz Repartiyorlar Təşkilatı”nın 2018-ci il üçün “ Dünyada mətbuat azadlığı indeksi”ndə ölkəmizi işğalçı və öz əhalisinin gülləbəran edildiyi Ermənistandan belə xeyli aşağıda təqdim etməsi. Avropa Parlamentinin 2018-ci il dekabrın 12-də qəbul etdiyi, məruzəçiləri Xarici Məsələlər Komitəsinin sədri D. Makalister və Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi F.Moqerini olan “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasətinə dair” qətnamə tərəfdaşlırın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyini təsdiq edir, bütün dondurulmuş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həll edilməsi, bu ölkələrin vətəndaşları-məcburi köçkünlər və qaçqınlara yardımların göstərilməsinin vacibliyini vurğulayır.
Moderator.az digər xəbərlər