Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ötən ili 52 mln. manat xalis mənfəətlə başa vurub

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ötən ili 52 mln. manat xalis mənfəətlə başa vurub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) aktivləri bu il yanvarın 1-nə 1 196,042 mln. manat təşkil edib.

“Report” Gəmiçiliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 16,1% çoxdur.

Ötən il müəssisənin uzunmüddətli aktivləri 16,1% artaraq 890,89 mln. manata, cari aktivləri isə 16,2% artaraq 305,152 mln. manata çatıb.

Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 92,3% artaraq 205,054 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 2,2 dəfə artaraq 69,484 mln. manat, cari öhdəlikləri isə 81,7% artaraq 135,571 mln. manat olub.

İl ərzində Gəmiçiliyin cəmi kapitalı 7,3% artaraq 990,988 mln. manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 440,051 mln. manat olub.

2018-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin gəlirləri 452,171 mln. manat (2017-ci ilə nisbətən 4,7% az), satışlarının maya dəyəri 294,242 mln. manat (11% çox), ümumi və inzibati xərcləri 52,461 mln. manat (0,65% çox), sosial xərcləri 12,132 mln. manat (2,4 dəfə çox), digər əməliyyat gəlirləri 33,253 mln. manat (25,1% az), digər əməliyyat xərcləri 48,114 mln. manat (7,7% az), əsas vəsaitlərin silinməsindən zərəri 200 min manat (76,1% az), məzənnə fərqindən zərəri 692 min manat (82,2% az), maliyyə xərcləri 1,914 mln. manat (35,7% çox), mənfəət vergisi ödəmələri isə 23,207 mln. manat (38,9% az) təşkil edib. Son nəticədə səhmdar cəmiyyəti ötən ili 52,462 mln. manat xalis mənfəətlə başa vurub. Bu isə əvvəlki ilə nisbətən 47,6% azdır.

İqtisadiyyat xəbərləri
Report.az digər xəbərlər