Azərbaycan XİN Keşikçidağ monastırı barədə məlumatlara aydınlıq gətirdi

Azərbaycan XİN Keşikçidağ monastırı barədə məlumatlara aydınlıq gətirdi

XİN sözçüsü Keşikçidağ monastırına girişin məhdudlaşdırılması barədə məlumata münasibət bildirib

BAKI, 25 aprel - Sputnik. "Xatırlatmaq istərdim ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Azərbaycanın Keşikçidağ monastır kompleksinə girişi məhdudlaşdırması barədə Gürcüstan mediasında yayılmış məlumata münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur: "Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır".

Qeyd edək ki, Azərbaycan tərəfinin üç gün əvvəl Keşikçidağ (David Qareci) monastır kompleksinə girişi bağladığı barədə Gürcüstan mətbuatında məlumatlar yayılıb. Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu gün verdiyi açıqlamasında azərbaycanlı həmkarı ilə danışıqlardan sonra məhdudiyyətin aradan qaldırıldığını bildirib.

Açar sözlər
David Qar , Leyla Abdullayeva , Xarici Işlər Nazirliyi , Azərbaycan , Gürcüstan
Siyasət xəbərləri
Mətbuat Şurasına yeni üzvlər qəbul olundu

Mətbuat Şurasına yeni üzvlər qəbul olundu

25-04-2019 00:41 - Yenisabah.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər. İclasda Şikayətlər üzrə Komissiyanın qəbul etdiyi rəylər əsasında qərarlar da qəbul edilib.
Sputnik.az digər xəbərlər