Azərbaycan yeni MiQ-29 qırıcı təyyarələri


Azərbaycan yeni MiQ-29 qırıcı təyyarələri göstərdi -Generallar döyüşə nəzarət edir+VİDEO

Aprelin 18-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin digər rəhbər heyəti Aviasiya təmiri zavodunda olub.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə nazirinə təyyarə və helikopter aqreqatlarının, mühərrik və reduktorlarının, aviasiya texnika və avadanlığının, eləcə də radioelektron avadanlıq və aviasiya silahlarının təmiri sexlərində həyata keçirilən cari fəaliyyətlər barədə məruzə olunub. Nazir aviasiya vasitələrinin hazırlığı, aqreqatların cari təmiri və reqlament işlərinin gedişi ilə maraqlanıb.

Sonra müdafiə naziri HHQ-nin MiQ-29 qırıcı təyyarələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib.

General-polkovnik Z.Həsənov mərkəzin aviasiya mühəndisləri, aviasiya silahları, uçuşların idarəolunması və təhlili siniflərində olub, hərbi pilotların hazırlıq məşqlərini izləyib və müvafiq tapşırılar verib.

Qeyd olunub ki, burada quraşdırılmış simulyasiya qurğuları eyni vaxtda iki və ya dörd təyyarənin uçuşunu təmin etməyə imkan verir.

loading...

Açar sözlər
Zakir Həsənov , Müdafiə Nazirliyi , Aviasiya Təmiri Zavodu , Azərbaycan
Siyasət xəbərləri
Oxu24.com digər xəbərlər
DİQQƏT!Bu Nazirliyə təcili işçi lazımdır,kişilər

DİQQƏT!Bu Nazirliyə təcili işçi lazımdır,kişilər

19-04-2019 22:28 - Oxu24.com - Siyasət
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 31.05.2019-cu il tarixinədək tamam olmamış, boyu 170 sm və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.24 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Quzanlı qəsəbəsində, FHN-in Qarabağ Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə qeyd olunan tələblərə cavab verən Ağdam, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.24 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Xaçmaz şəhərində, FHN-in Şimal Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.24 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Lənkəran şəhərində, FHN-in Cənub Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.30 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Yevlax şəhərində, FHN-in Aran Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Ağdaş, Goranboy, Kürdəmir, Zərdab, Ucar, Göyçay rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.