Azərbaycana ərəbləri kütləvi şəkildə hansı xəlifə köçürüb? - TARİXİ FAKT

Azərbaycana ərəbləri kütləvi şəkildə hansı xəlifə köçürüb? - TARİXİ FAKT

637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar.

Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yezdəgird Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639-640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639-640-cı ildə vətəninə qayıdır.

Bu dövrün hadisələrini əks etdirən ərəb mənbələrinin bir qismi ərəblərin Azərbaycan ərazisinə (onun cənub hissəsinə) ilk basqınının məhz həmin illərdə, yəni 639-640-cı illərdə baş verdiyini qeyd edir. Bu müəlliflərdən "fütuhat" haqqında xüsusi kitab yazmış IX əsr ərəb tarixçisi əl-Bəlazuri Azərbaycanın hicri tarixi ilə 18 (639)-ci ildə Huzeyfə ibn əl-Yəmənin başçılığı ilə sülh yolu ilə alındığı barədə məlumat verir.

Ərəblərin Azərbaycanı istilasından sonra ərəb qəbilələrinin köçü başlayır. Bəs ərəb qəbilələri kütləvi halda Azərbaycan ərazisinə hansı xəlifə tərəfindən köçürülüb? Milli.Az bildirir ki, tarixçi-alim Əkbər Nəcəf bu barədə "ölkə.az"a məlumat verib. Azərbaycana ərəb qəbilələrini kütləvi halda İmam Əli köçürüb.

Əl-Bəlazuri yazır ki, Əli ibn Əbu Talib xəlifə olduğunda əl-Əşası Azərbaycan əmiri təyin etdi. O, Azərbaycana gəldikdə buranın xalqının çoxunun müsəlman olduğunu və Quran oxuduqlarını gördü. O, divandan əta alan ərəblərdən bir zümrəni Ərdəbilə yerləşdirdi. Bu yeri şəhər halına saldı və məscid tikdirdi. Daha sonra da həmin məscid genişləndirildi.

Ərəblər Azərbaycanda məskunlaşdıqlarında Kufə, Bəsrə və Şamdan öz qəbilədaşlarını buraya gətirdilər. Onlardan hər qəbilə torpaq sahibi oldu, bəziləri də əcəmlərdən (yerlilərdən) torpaqlar satın aldılar. Kəndlərin mühafizəsi də müsəlmanlara verildi. Həmin yerlərin xalqı isə müsəlmanların kəndçiləri (torpaq əkib-becərənləri) oldular...

Milli.Az

Hadisə xəbərləri
Milli.az digər xəbərlər
"Kök uşaq sağlam uşaqdır" fikri yalnışdır - Piylənmə uşaqlarda bu xəstəliklərə yol açır

"Kök uşaq sağlam uşaqdır" fikri yalnışdır - Piylənmə uşaqlarda bu xəstəliklərə yol açır

21-04-2019 21:05 - Milli.az - İKT
Piylənmənin səbəb olduğu qeyri-infeksion xəstəliklər:• Ürək-damar xəstəlikləri• Şəkərli diabet• Oynaq-əzələ sistemi xəstəlikləri• Bəzi orqanlarda (süd vəzi, uşaqlıq, mədə-bağırsaq sistemi) onkoloji xəstəliklərUşaqlarda piylənmənin qarşısını almaq üçün ümumi tövsiyələr:• Düzgün qidalanma vərdişi formalaşdırmaq• Meyvə, tərəvəz, paxlalı bitkilərdən daha çox istifadə etmək• Qida rasionunda doymuş yağları doymamış yağlarla əvəz etmək• Şəkərin istifadəsini azaltmaq• Gündə azı 60 dəqiqə fiziki aktivliklə məşğul olmaqÜST tövsiyə edir:• Yenidoğulmuş körpəyə süd verməyə daha tez başlamaq (doğuşdan sonrakı bir saat ərzində) • Körpəyə ilk 6 ay yalnız ana südü vermək• 6 ayından başlayaraq, tərkibi vitaminlərlə zəngin və təhlükəsiz qidalar (qatı qidalar) vermək • Uşağa 2 yaşınadək ana südü verilməsini davam etdirməkMəktəblilər və yeniyetmələr üçün • Mütamadi olaraq fiziki aktivliklə məşğul olmaq (hər gün bir saat)• Mobil telefonların, planşetlərin, video oyunların istifadəsini azaltmaq• Yüksək kalorili qida və içkilərin reklamlarına baxılmasını məhdudlaşdırmaqPiylənmə nədir? Piylənmə sağlamlığa zərər vuran anormallıq və artıq piy qatı kimi tərif olunur.