Azərbaycana medal qazandıran Elis Manolova: Burada çox xoşbəxtəm

Azərbaycana medal qazandıran Elis Manolova: Burada çox xoşbəxtəm

Azərbaycana medal qazandıran Elis Manolova: Burada çox xoşbəxtəm

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanan idmançılarımız arasında Elis Manolova (-65 kq) da vardı.

19 yaşından millimizin üzvü olan bolqarıstanlı legionerimiz bu turnirdə Azərbaycana qadın güləşində qızıl medal qazandıran yeganə idmançı oldu. Üstəlik, onun yerli idmançı ilə final görüşündə 0:4 hesablı məğlubiyyətdən qələbəyə doğru geridönüş etməsi turnirin ən yaddaqalan matçlarından biri sayılmalıdır.

Oxu.Az olaraq iki il əvvəl IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olmuş idmançıdan bu münasibətlə müsahibə götürdük.

– İlk dəfə böyüklər arasında Avropa çempionu oldunuz. Yaşadığınız hissi, bəlkə, bizə də izah edəsiniz...

– Danışılması çox çətin bir mövzudur... Ancaq yaşanılmalı bir durumdur. Hələ də bu qələbənin sevincini yaşayıram, yuxuda kimiyəm. Bu qızıl medalı qazanmağı çox istəyirdim. Çox şükür Allahıma ki, mənə bunu nəsib etdi.

Mənim üçün böyük bir zəfərdir. Çünki bu, mənim ilk qızıl medalımdır. Ötən il Avropa çempionatında ikinci olmuşdum və bu dəfə final görüşünə çıxmadan öncə özümə dedim: “Bu dəfə mən məğlub etməliyəm, bu qızıl medal bu dəfə mənim olmalıdır”.

– Ötən il Avropa çempionatının finalında uduzduğunuz finlandiyalı Petra Olini bu dəfəyarımfinalda görüşün bitməsinə dörd saniyə qalmış tuşe fəndi ilə məğlub etdiniz. Hər görüşdə güləşçinin kürəyini döşəyə sıxmaq mümkün olmur. Demək olarmı ki, onunla görüşə ikiqat motivasiya ilə çıxmışdınız?

– Bəli! Ötən il finalda hakimlər haqqımı yemişdi. İki xalımı vermədilər və görüşü uduzdum. Bu dəfə döşəyə çıxanda çox motivasiyalı idim. Elə güləşməyə qərar verdimki, hakimlər məni bu dəfə uduzdurmasın.

İdman xəbərləri
Oxu.az digər xəbərlər