Azərbaycana yazda qar yağdı — FOTOLAR
Bu gün günortadan sonra şimal bölgəsində hava şəraiti kəskin dəyişib.
Demokrat.az ONA-ya istinadən xəbər verir ki, bəzi yaşayış məntəqələrinə qar yağmağa başlayıb.
Qubanın Qrız kəndinə 2-3 sm hündürlüyündə yağıntı düşüb.
Qubanın Xınalıq kənd sakinlərinin verdiyi məlumata görə, bu kəndə də axşam saatlarında qar yağmağa başlayıb.

