Azərbaycanalı məşhur müğənninin SƏSİ BATDI: 5 aydır oxumuram - FOTO

Əməkdar artist Rühəngiz Allahverdiyevanın səsi batıb.
Sonxeber.az milli.az-a istinadən xəbər verir ki, xanım sənətçi bu barədə "5/5"də məlumat verib.
Əməkdar artist ev problemi ilə də üz-üzə qaldığını bildirib:
"Problemlərim var, ona görə görünmürəm. 5 aydır ümumiyyətlə heç hara getmirəm, heç oxumuram. Səs telimdə problem var idi. Həyatımda problem yoxdur. Biraz ev problemim var. Böyük oğlum heç, bu öz yerində. Hələ iki uşaq da var axı. Biri oğlandır, biri qız. Qürurla deyə bilərəm ki, illərlə toylardan qazandığım pullarla uşaqlarıma təhsil vermişəm. Heç vaxt sponsorum olmayıb, ola da bilməz. Heç kəs deyə bilməz ki, mənə nəyisə hədiyyə edib. Olmayıb, ola da bilməz".