Azərbaycanda 400 nəfərə yaxın veteran var

Azərbaycanda 400 nəfərə yaxın veteran var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu təbəqədən olan 1117 nəfər şəxs minik avtomobili ilə təmin olunub.


Nazirlikdən Moderator.az -a verilən məlumata görə, İkinci Dünya müharibəsi iştirakçılarının bərpa müalicəsi, sanator-kurort yollayışları ilə təminatı və s. sahələrdə də müvafiq işlər görülür, ehtiyac duyduqları hallarda onlara evlərində sosial xidmətlər də göstərilir.


Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamı ilə İkinci Dünya müharibəsi əlillərinə və digər iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri təyin olunaraq ödənilir və ötən dövrdə bu təqaüdlərin məbləği mütəmadi olaraq artırılıb.


Bu istiqamətdə növbəti mühüm addım kimi, dövlət başçısının 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən aprelin 1-dən müharibə əlilləri üçün təqaüdlər I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb. Həmçinin I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün 15 aprel 2019-cu il tarixli digər fərmanla aylıq təqaüd (50 manat) təsis edilib.


"İkinci Dünya müharibəsi iştirakçılarının sayı hazırda 400 nəfərə yaxındır ki, onlardan 250 nəfəri İkinci Dünya müharibəsi əlilləridir. İkinci Dünya müharibəsinin digər iştirakçılarına Prezidentin aylıq təqaüdü isə dövlət başçısının 15 aprel 2019-cu il tarixli sərəncamı ilə 150 manata çatdırılıb.


Prezidentin aylıq təqaüdü ilə yanaşı, İkinci Dünya müharibəsi veteranları əmək pensiyası ilə təmin edilirlər və onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb. Cari ilin 1 aprel tarixinə ölkəmizdə İkinci Dünya müharibəsi iştirakçılarının orta aylıq pensiya məbləği 400 manata yaxındır.


Hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamları imzalanmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə və b. birdəfəlik maddi yardım verilir. 23 aprel 2019-cu il tarixli Sərəncamla da 400-ə yaxın İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1000 manat, qalanlarına, yəni 8,9 minə yaxın şəxsin hər birinə 500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib", - nazirliyin məlumatında bildirilib.

İqtisadiyyat xəbərləri
Moderator.az digər xəbərlər
“Qələbə Günü” Nərimanovda  - FOTOLAR

“Qələbə Günü” Nərimanovda - FOTOLAR

09-05-2019 15:14 - Moderator.az - Siyasət
Sahəsi 11 min 220 kvadratmetr olan ərazidə inşa olunan, müharibə zamanı Bakıdakı hospitallarda vəfat etmiş, arasında müxtəlif xalqların nümayəndələrinin də mövcud olduğu 1462 qəhrəman döyüşçünün dəfn olunduğu “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksinin dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını nəzərə çatdıran icra başçısı, tezliklə sözügedən kompleksdə Heydər Əliyev Fondu tərəfindən yenidənqurma işlərinin həyata keçiriləcəyini və faşizm üzərində Qələbənin 75-ci ildönümünün artıq tam yenilənmiş olacaq fərqli bir görünüşlü məkanda baş tutacağını bildiridiA.Fərzəliyev ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatları, o cümlədən də hərbi sahədə əldə olunmuş nailiyyətləri qeyd edərək, mənfur düşməni böyük ruh yüksəkliyi ilə hər an məhv etməyə qadir yenilməz və mütəşəkkil ordumuzun olduğunu, vaxtilə babalarımızın qəhrəmanlıq göstərərək faşizm üzərində əldə etdiyi möhtəşəm qələbənin davamının tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında bu günkü gənc nəslin təmsil etdiyi şanlı ordumuzun sayəsində torpaqlarımızın işğaldan azad olunması və son nəticədə erməni faşizmi üzərində qələbə ilə bitəcəyinə əminlik ifadə edib.