Azərbaycanda 72 yaşlı qadını qızları və nəvələri döydü


Cəlilabadda 72 yaşlı qadın qızları və nəvələri tərəfindən döyülüb. Hadisə axşam saatlarında rayonun Maşlıq kəndində qeydə alınıb.

Kənd sakini 1947-ci il təvəllüdlü Əzəmət Nüsrət qızı Məhərrəmova qızları və nəvələri tərəfindən zorakılığa məruz qalıb.

Doğmaları tərəfindən döyülən 72 yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

mənbə: oxu.az

Hadisə xəbərləri
Big.az digər xəbərlər