Azərbaycanda avtobus aşdı: Ölən və yaralananlar var


Şəmkir rayonu ərazisində baş verən avtobus qəzası nəticəsində 3 nəfər dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən

BiG.AZ-a verilən məlumata görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan 1-nin vəziyyəti ağır, 6-sının vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda xəstələrə tibbi yardım göstərilir".

Xatırladaq ki, Şəmkir rayonunun Qaracəmilli kəndində Şəmkir-Qaracəmilli marşrutu üzrə hərəkət edən avtobus yoldan çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə xəbərləri
Big.az digər xəbərlər