Azərbaycanda benzin istehlakı 3% artıb

2019-cu ilin birinci rübündə Azərbaycanda benzin istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 3 faiz artıb. Bunu SOCAR-ın istehsalat üzrə vitse-prezidenti David Məmmədov deyib.
Onun sözlərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda həmin dövrdə təxminən 350 min ton benzin istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-mart aylarında ölkədə neft məhsullarının istehsalı təxminən 1,2 milyon təşkil edib. Qeyd edək ki, 2018-ci ildə ümumiyyətlə neft məhsulları istehsalı 4,76 milyon ton olub. (Trend)
Açar sözlər
Heydər Əliyev
, David Məmmədov
, Dövlət Statistika Komitəsi
, Socar
, Neft Emalı Zavodu
, Azərbaycan