Azərbaycanda bu il 345 sahibkara 37 mln. manat güzəştli kredit verilib

Azərbaycanda bu il 345 sahibkara 37 mln. manat güzəştli kredit verilib

Bu ilin əvvəlindən Azərbaycanda 345 sahibkarın ümumi dəyəri 98,6 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 37 mln. manat güzəştli kredit verilib.

REAL xəbər verir ki, İqtisadiyyat Nazirliyindən ONA-ya verilən məlumata görə, bunu nazirmüavini Sahib Məmmədov bu gün Qubada təşkil olunan işgüzar forumda çıxış edərkən deyib.

Nazir müavinin sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1400-dən çox iş yerinin yaradılmasına imkan verəcək: "Verilən güzəştli kreditlərin 65%-i aqrar sektorun, 35%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalının inkişafına yönəldilib".

Nazir müavini həmçinin bildirib ki, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 700-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 204,1 mln. manat güzəştli kredit ayrılıb.
İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 27 sahibkara 1,5 mln. manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, süfrə suları istehsalı, meyvə-tərəvəz qablaşdırılması sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 70-dən çox iş yeri açılmasına imkan yaradacaq. Tədbir çərçivəsində Qubada güzəştli kredit ayrılmış çörək istehsalı müəssisəsinə və intensiv bağçılıq təsərrüfatına baxış keçirilib. Ümumilikdə, indiyədək dəyəri 165,5 mln. manat olan 29 intensiv bağçılıq və tingçilik təsərrüfatının maliyyələşməsinə 46,8 mln. manat güzəştli kredit verilib.

İqtisadiyyat xəbərləri
Realtv.az digər xəbərlər
İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamı AŞ-da yüksək qiymətləndirilir

İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamı AŞ-da yüksək qiymətləndirilir

08-05-2019 20:03 - Realtv.az - Siyasət
Azərbaycanda səfərdə olan Avropa Şurası Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti Ədliyyə Nazirliyində olub.

Nazirliyin mətbuat xidmətindən REAL-a verilən məlumata görə, Ədliyyə nazirinin müavini Azər Cəfərov ilə keçirilmiş görüşdə Avropa Şurasının Ədliyyə Nazirliyi ilə əməkdaşlığının səviyyəsindən məmnunluq ifadə olunub, ölkə Prezidenti İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülmüş işlər, o cümlədən cinayət qanunvericiliyinə edilmiş əhatəli və konseptual dəyişikliklər barədə ətraflı məlumat verilib.

A.Qessel Azərbaycan Prezidentinin Sərəncamının Avropa Şurasında çox yüksək qiymətləndirildiyini vurğulayaraq, həyata keçirilən tədbirlərin, o cümlədən bu sahədə qanunvericilikdəki mühüm yeniliklərin hüquq sisteminin təkmilləşməsinə yönəldiyini, vətəndaşlara birbaşa müsbət təsirini xüsusilə qeyd edib.

Eyni zamanda məhkəmə-hüquq sistemindəki islahatlar, o cümlədən vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklər, "Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemlərinin tətbiqi barədə məlumat maraqla qarşılanıb.