Azərbaycanda bütün fermerlər barədə məlumatlar elektron sistemə daxil ediləcək

Azərbaycanda bütün fermerlər barədə məlumatlar elektron sistemə daxil ediləcək
26 Aprel 2019 [13:44]

Azərbaycanda elektron informasiya sistemi yaradılır. Bu ilin sonunadək bütün fermerlərin adlarının elektron informasiya sisteminə daxil edilməsi hədəf olaraq müəyyən edilib.


Trend-in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.


Onun sözlərinə görə, kənd təsərüfatında çalışanları elektron alətlərdən istifadə etməyə çağırmalıyıq.


Nazir müavini əlavə edib ki, 2002-ci ildə qəbul edilmiş "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun qəbul olunsa da, orada bəzi məsələlər işlək deyildi: "Yeni hazırlanan "Aqrar sığorta haqqında” qanunda müştərək sığorta modeli təklif edilir ki, bu da bəzi məsələlərin həllinə yardım edəcək. Mexanizm fermerlər üçün daha əlçatan olacaq".


İ.Qədimova vurğulayıb ki, qanun qəbul edildikdən sonra aqrar sığorta predmetləri olan kənd təsərrüfatı bitkilərinin adları dövlətin müvafiq qurumları tərəfindən müəyyən ediləcək. "Aqrar sığorta haqqında" qanun qüvvəyə mindikdən sonra fermerlərin maarifləndirilməsi təmin ediləcək.

İqtisadiyyat xəbərləri
Mia.az digər xəbərlər