Azərbaycanda çay evində işləyən qızın DƏHŞƏTLİ ÖLÜMÜ – TƏFƏRRÜAT

Azərbaycanda çay evində işləyən qızın DƏHŞƏTLİ ÖLÜMÜ – TƏFƏRRÜAT

Bu gün Göygöl rayonunda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, ilkin araşdırmalar zamanı özünü Zurnabad kəndində qayadan ataraq intihar edən qadının əslən rayonun Topalhəsənli kəndindən olan 1988-ci il təvəllüdlü Yusifova Aygün Xalıq qızı olması müəyyənləşib.

Bildirilir ki, A.Yusifova 2 uşaq anası olub. O bir müddət əvvəl həyat yoldaşından ayrılıb və Gəncədəki çay evlərindən birində işləyirmiş.

31 yaşlı Aygünün hansı səbəbdən həyatına son qoyması hələlik tam dəqiqləşməyib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

*****

16:38

Göygöl rayonunda qadın özünü qayadan ataraq öldürüb.

Hadisə rayonun Topalhəsənli kəndindən Şəhriyar kəndinə gedən yoldakı qayalıq ərazidə qeydə alınıb.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. (report)

Açar sözlər
Yusifova Aygün , Göygöl Rayon Prokurorluğu , Gəncə , Şəhriyar , Göygöl
Hadisə xəbərləri
Publika.az digər xəbərlər