Azərbaycanda daha bir yataqxana yandı

Azərbaycanda daha bir yataqxana yandı

Sumqayıtda əvvəllər məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 700 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 250 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə xəbərləri
Lent.az digər xəbərlər