Azərbaycanda dəhşətli qətl - Ər arvadının başını kəsdi

Azərbaycanda dəhşətli qətl - Ər arvadının başını kəsdi

Zərdabda arvadını qətlə yetirməkdə təqsirli bilinən A. Astanov barəsində çıxarılan məhkəmə qərarından apelyasiya protesti verib.


AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokurorluğun verdiyi apelyasiya protestinə baxılıb. Məhkəmə təqsirləndirilən Astanov Aqşin Gülüş oğlu barəsində verilən apelyasiya protestini qismən təmin edib. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək azadlıqdan məhrumetmə cəzası 18 il 6 ay müddətinə qədər artırılıb.


Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Astanov 18 il azdlıqdan məhrum edilib.


Hadisə 2016- cı ilin oktyabr ayında Zərdab rayonunda baş verib. Rayonun Yarməmmədbağı kəndində 1983-cü il təvəllüdlü kənd sakini Aqşin Usub oğlu Astanov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.


Rayondakı şəxsi təsərrüfatlardan birində çobanlıq edən Astanov ailə-məişət zəminində həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib.


Qeyd edək ki, Aqşin Astanov Rüksanə Astanovadan əvvəl iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var.

Hadisə xəbərləri
Elinanın direktorunun daha bir qanunsuz əməli üzə çıxdı

Elinanın direktorunun daha bir qanunsuz əməli üzə çıxdı

26-04-2019 08:55 - Demokrat.az - Hadisə
Lazımsızdırsa dövlətin vəsaiti niyə havaya sovrulur?" Bakı Şəhər Baş Təhsil İdarəsi bildirilib ki, 2018-2019-cu tədris ili üçün 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupları yaradılmayıb və bu səbəbdən də heç bir elektron qeydiyyat aparılmayıb. Odur ki, beşyaşlı uşaqların 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupuna cəlb olunması rəsmi və faktiki olaraq mümkün deyil. Araşdırma zamanı məlum olub ki, bir neçə beşyaşlı uşaq müəllim və valideynlərin razılığı əsasında müvafiq dövr ərzində fərdi qaydada hazırlığa cəlb olunub. Bunun müvafiq qaydalara uyğun olmadığını nəzərə alaraq, məktəb rəhbərliyində dəyişiklik olduqdan sonra həmin fərdi hazırlıq məşğələsi dayandırılıb Qeyd edək ki, 2018-2019-cu illərdə Bakı şəhəri üzrə hazırlıq qruplarının təşkil ediləcəyi orta məktəblərin siyahısında 162 saylı məktəbin adı olmayıb. Bakı Şəhər Baş Təhsil İdarəsi 162 saylı məktəbdə qanunsuz məktəbəqədər hazırlıq qruplarının fəaliyyət göstərməsi ilə bağlı AFN-in yazısına mövqe bildirib.  Saytımızın sorğusuna cavab olaraq idarədən bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayıb: "Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Azxeber.com digər xəbərlər