Azərbaycanda dəm qazı daha bir can aldı

Azərbaycanda dəm qazı daha bir can aldı

Ağcabədi rayonunda dəm qazından ölüm hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Kəbirli kənd sakini, 1969-cu il təvəllüdlü Sevil Məmmədova dəm qazından boğularaq ölüb.

Hadisə hamam otağında baş verib.

Qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə xəbərləri
Big.az digər xəbərlər