Azərbaycanda DNT analizinin aparılması qaydası müəyyənləşdi

Azərbaycanda DNT analizinin  aparılması qaydası müəyyənləşdi

“Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası” təsdiqlənib.

Metbuat.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov imzalayıb.

Qanuna əsasən ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər və xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları (bioloji valideynlər və ya övladları ilə birlikdə ər (arvad) məcburi dövlət genom qeydiyyatından keçirilir. Naməlum meyitlər də məcburi dövlət genom qeydiyyatından keçirilməlidirlər.

Məcburi dövlət genom qeydiyyatından keçirilən şəxslərdən bioloji material aşağıdakı qaydada götürülür:

- ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslərdən bioloji material təhqiqat orqanlarının əməkdaşları, ibtidai istintaq orqanlarının əməkdaşları və ya həmin orqanların müraciəti ilə Daxili İşlər Nazirliyinin kriminalistika xidmətinin əməkdaşı tərəfindən;

- şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərdən, xəbərsiz itkin düşmüşlərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) bioloji material məhkəmə, əməliyyat-axtarış fəaliyyətini, təhqiqat və ya istintaqı həyata keçirən orqanların qərarına əsasən DİN-in kriminalistika xidmətinin əməkdaşı tərəfindən.

Məcburi dövlət genom qeydiyyatından keçirilən naməlum meyitlərdən bioloji material qismində qan, tük, dırnaq, diş, sümük və ya orqanizmin digər ifrazatlarından və ya toxumalarından biri və ya bir neçəsi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində meyitin müayinəsi zamanı DİN-in kriminalistika xidməti əməkdaşı tərəfindən götürülür. Könüllü dövlət genom qeydiyyatından keçirilən şəxslərdən bioloji material aşağıdakı qaydada götürülür:

- könüllü dövlət genom qeydiyyatından keçmək istəyən Azərbaycan Respublikasının vətəndaşlarından, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərdən və ya vətəndaşlığı olmayan şəxslərdən bioloji material onların DİN-ə ünvanlanmış yazılı ərizələrinə əsasən DİN-in kriminalistika xidmətinin əməkdaşı tərəfindən;

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış Azərbaycan Respublikası vətəndaşlarından, həmçinin yetkinlik yaşına çatmayanlardan bioloji material onların qanuni nümayəndələrinin DİN-ə ünvanlanmış yazılı ərizələri əsasında və həmin nümayəndələrin iştirakı ilə DİN-in kriminalistika xidmətinin əməkdaşı tərəfindən.

Şəxslərdən götürülmüş bioloji materialın qablaş-dırılmasının üzərində şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar göstərilir. Naməlum meyitlərdən götürülmüş bioloji materialın qablaşdırılmasının üzərində materialın götürüldüyü yer, tarix, saat, mahiyyəti və təsviri, bioloji materialı götürən şəxsin iş yeri, vəzifəsi, soyadı, adı və atasının adı qeyd olunur. Müvafiq qaydada götürülmüş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün DİN Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilir. Əldə olunmuş bütün bioloji materiallar +40C temperaturda soyuducu konteynerdə qorunur və 24 saatdan gec olmayaraq təyinatı üzrə çatdırılır.

Göndərilən bioloji materialın məlumatında aşağıdakılar qeyd olunur:

- genom qeydiyyatının aparılmasının əsası və tarixi;

- məcburi dövlət genom qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar;

- bioloji materialı götürmüş və məlumatı hazırlamış təhqiqat orqanlarının, ibtidai istintaq orqanlarının adı və ya DİN.

DNT analizinin aparılması üçün daxil olan bioloji materialın müşayiət sənədləri DİN-in Kriminalistik Tədqiqatlar İdarəsində qeydiyyatdan keçirildikdən sonra uçota alınır. Bioloji materialın uçotu 3 istiqamətdə aparılır:

- məcburi dövlət genom qeydiyyatından keçirilmiş şəxslərin bioloji materialının uçotu;

- könüllü dövlət genom qeydiyyatından keçirilmiş şəxslərin bioloji materialının uçotu;

- naməlum meyitlərdən götürülmüş bioloji materialın uçotu.

Şəxslərdən götürülmüş bioloji material DNT analizi başa çatana və DNT profili əldə olunanadək, xüsusi soyuducuda müvafiq şəraitdə saxlanılır. Naməlum meyitlərdən götürülmüş bioloji material DNT analizinə daxil olduğu andan xüsusi soyuducuda müvafiq şəraitdə saxlanılır. Analiz başa çatdıqdan və müvafiq sənədlər tərtib olunduqdan sonra bioloji material 3 iş günü müddətində sorğu verən orqana qaytarılır. Dövlət genom qeydiyyatının keçirilməsi məqsədilə daxil olmuş bioloji material DNT analizinin keçirilməsi və DNT profilinin əldə edilməsi üçün istifadə olunur. Şəxslərdən götürülmüş bioloji material DNT analizi və DNT profilinin əldə olunması zamanı tam istifadə edilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Daxili Işlər Nazirliyi , Azərbaycan Xəbərləri Class , Azərbaycan Respublikası
Siyasət xəbərləri
Mətbuat Şurası 10 media vasitəsinə xəbərdarlıq etdi 

Mətbuat Şurası 10 media vasitəsinə xəbərdarlıq etdi 

24-04-2019 18:46 - Pia.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra "Azedu.az", "Yenixeber.org", "Baku News" (baku.news), "42-ci paralel.az", "Sozcu.info", "Denizxeber.az" xəbər portalları, "Region mediası" qəzeti, "Ustad" dərgisi, "Loqos", "Düyməcik", "Elmi iş" jurnalları, "ONN media" (onn.az) və "Elit" İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.***İclasda Şikayətlər üzrə Komissiyanın qəbul etdiyi rəylər əsasında qərarlar da qəbul edilib.
Metbuat.az digər xəbərlər