Azərbaycanda gəmidə partlayış - 9 nəfər yandı

Azərbaycanda gəmidə partlayış - 9 nəfər yandı

Azərbaycanda gəmidə partlayış - 9 nəfər yandı

22:26 08 May 2019


Xəzər Dəniz Neft Donanmasına məxsus “İsrafil Hüseynov” gəmisində partlayış baş verib.

Femida.az-ın əldə etdiyi məlumata görə, partlayış nəticəsində 9 nəfər yaralanıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır. Onlar örtmə stansiyasındakı partlayış zamanı yanıblar.

Yaralılar sahilə çatdırılmaq üçün başqa bir gəmiyə evakuasiya olunublar.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Hüseynov məsələ ilə bağlı açıqlama verib:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqlarin birində qəza baş verməsi barədə məlumatlıyıq. Gəmi ilə davamlı əlaqə saxlayırıq. Heyət üzvləri arasında xəsarət alan olmayıb.

Gəmi hazırda Saipem şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə Saipem şirkətinin nümayəndələri çalışırlar. Dəqiq səbəblər haqqında məumatı Saipem yayacaq".

Femida.az

Açar sözlər:#gəmi #Saipem

Oxunub: 202


Hadisə xəbərləri
Femida.az digər xəbərlər