Azərbaycanda inflyasiya ilə bağlı proqnoz verildi

Azərbaycanda inflyasiya ilə bağlı proqnoz verildi

Yanvar-mart aylarında Azərbaycanda illik inflyasiyanın səviyyəsi 2,1% təşkil edib

BAKI, 26 aprel — Sputnik. "Azərbaycan Mərkəzi Bankının qiymət artımı ilə bağlı gözləntiləri sabit qalıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda illik inflyasiyanın səviyyəsi 2,1% təşkil edib və bu göstərici AMB-nin illik inflyasiya hədəfinə uyğundur: “İllik inflyasiya pullu xidmətlərin qiymətinin dinamikasından təsirlənib. Bu ilin sonunda illik inflyasiyanın səviyyəsinin 4% təşkil edəcəyi gözlənilir”.

Açar sözlər
Elman Rüstəmov , Azərbaycan Mərkəzi Bankı , Azərbaycan
İqtisadiyyat xəbərləri
Sputnik.az digər xəbərlər