Azərbaycanda inflyasiya necə olacaq?

Azərbaycanda inflyasiya necə olacaq?

Bakı. Xeyrəddin Nəsirzadə - Trend:

Azərbaycan Mərkəzi Bankı inflyasiya ilə bağlı proqnozları sabit səviyyədə saxlayıb.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın proqnozlarına əsasən inflyasiya 4 faizə yaxın təşkil edəcək.

E.Rüstəmov qeyd edib ki, real sektorda həyata keçirilmiş monitorinqlər göstərib ki, tikinti sektorunda və qeyri-neft emal sənayesində inflyasiya gözləntiləri azalıb.

O əlavə edib ki, beynəlxalq maliyyə təşkilatlarının da, o cümlədən Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən ölkədə inflyasiya aşağı səviyyədə gözlənilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Elman Rüstəmov , Beynəlxalq Valyuta Fondu , Azərbaycan Mərkəzi Bankı , Azərbaycan Xəbərləri Class , Bakı Xəbərləri Class , Bakı
İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər