Azərbaycanda iş başında ölənlərin statistikası açıqlandı

Azərbaycanda iş başında ölənlərin statistikası açıqlandı

Azərbaycanda 8 nəfər iş başında ikən dünyasını dəyişib

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. “2019-cu ilin birinci rübündə istehsalatla əlaqəli sayılmış 42 bədbəxt hadisənin təhqiqatı aparılıb. Bu hadisələr nəticəsində 8 nəfər həyatını itirib, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq belə deyilib.

Nazirliyin məlumatına görə, istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 42 nəfər zərərçəkmiş şəxsə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub.

Hadisə xəbərləri
Sputnik.az digər xəbərlər